Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
07:32 | 3 aprel 2025 | Cümə axşamı
Məqaləyə 225 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən toplantıda ölkələr üçün yeni vergi tariflərini açıqlayıb. Özlərinə zərər verən ticarət divarlarını yıxacaqlarını bildirən Tramp, “ABŞ-ın qızıl dövrü geri qayıdır. Bu gün iqtisadi müstəqilliyimizi elan edəcəyik”, – deyib.
Tramp sabahdan etibarən ABŞ-ın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və əsas tarif dərəcəsinin yüzdə 10 olacağını açıqlayıb. Bildirilib ki, yeni tariflər aprelin 5-dən qüvvəyə minəcək. Tramp bəyanatında, “Çin ABŞ-a 67 faiz rüsum tətbiq edir. Biz 34 faiz tarif tətbiq edəcəyik. Avropa Birliyi sərt rəqibdir. Bizi soyublar. 20 faiz tarif tətbiq edirik”, – deyib.
Tramp həmçinin Vyetnama 46, Yaponiyaya 24, Böyük Britaniyaya 10, Cənubi Koreyaya 25, Taylanda 36, İsveçrəyə 31, Tayvana 32, Hindistana 26, Malayziyaya 24, Türkiyəyə isə 10 faiz tarif elan edib.
Meksika və Kanada Ağ Evin açıqladığı uzun tariflər siyahısından çıxarılıb.
ABŞ prezidenti Tailand, Hindistan, Vyetnam və digər ölkələri ABŞ məhsullarına qarşı ədalətsiz tarif siyasətləri və vergi rejimlərinə görə tənqid edib.
Tramp deyib ki, qarşılıqlı tariflər ABŞ-da “daha güclü rəqabət və istehlakçılar üçün aşağı qiymətlər” gətirəcək.
Tramp çıxışında xaricdən gətirilən avtomobillərə 25 faiz gömrük rüsumu tətbiq edəcəklərini xatırladıb.
Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq regionları və bəzi digər ölkələr üzrə ABŞ-ın tətbiq etdiyi tarif dərəcələri (afizlə) göstərilib:
Azərbaycan – 10
İsrail – 17
Ukrayna – 10
Gürcüstan – 10
Ermənistan – 10
Türkiyə – 10
Qazaxıstan – 27
Özbəkistan – 10
Türkmənistan – 10
Qırğızıstan – 10
Tacikistan – 10
İran – 10
Çin – 34
AB (Avropa Birliyi) – 20
Tayvan – 32
Britaniya – 10
İordaniya – 20
BƏƏ – 10
Misir – 10
Səudiyyə Ərəbistanı – 10
Qətər – 10
Suriya – 41
İraq – 39
Yəmən – 10
ABŞ Maliyyə Nazirliyinin rəhbəri Bessentin sözlərinə görə, siyahıda Rusiya yoxdur, çünki ABŞ-ın tətbiq etdiyi sanksiyalar artıq iki ölkə arasındakı ticarəti faktiki olaraq dayandırıb.