Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:55 | 9 aprel 2025 | Çərşənbə
Məqaləyə 150 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mərasimdə enerji sektoru və ölkənin təmiz kömür sənayesinin canlandırılması ilə bağlı sərəncamlar imzalayıb.
İmzalanma mərasimində çıxış edən Tramp, vəzifəyə başladığı ilk gündə Milli Enerji Fövqəladə Halı elan etdiyini bildirib və “yeni yaşıl fırıldaq” olaraq xarakterizə etdiyi Paris İqlim Müqaviləsindən çıxdığını xatırladıb.
Razılaşmanın birtərəfli olduğunu və ABŞ üçün son dərəcə baha başa gəldiyini bildirən Tramp, “Paris İqlim Müqaviləsi çərçivəsində dəhşətli bir vəziyyətlə üzləşdik”, – deyib.
Keçmiş prezident Co Bayden və Konqresdəki Demokratların dörd il ərzində Amerika kömür sənayesini ortadan qaldırmağa çalışdığını iddia edən Tramp, “Demokratların yaşıl yeni fırıldaqlarının” iş yerlərini öldürdüyünü və qiymətlərin artmasına səbəb olduğunu qeyd edib.
“Bu arada, Çin hər həftə iki kömür zavodu açır və digər ölkələr də çox güclü şəkildə kömürə qayıdır”, – Tramp bildirib.
Almaniyanın yaşıl enerjiyə çevrildiyini ifadə edən Tramp, “Çox yaşıllaşdılar. O qədər yaşıl oldular ki, az qala iflas etdilər. Küləyə keçdilər, amma külək çox əsmirdi. Bilirsiniz, yaşıl yeni şırnaq Almaniyanı da vurdu, təxmin edin nə oldu? İndi onlar kömürə qayıtdılar”, – deyib.
Tramp qeyd edib ki, sərəncama əsasən, təmiz kömür hasilatını hədəfləyən lazımsız tənzimləmələr aradan qaldırılacaq. Kömür müəssisələrinin dayandırılamayacağına da zəmanət verəcəklərini ifadə edən Tramp, kömür hasilatı üçün lizinq proseslərini sürətləndirəcəklərini və icazələri asanlaşdıracaqlarını bildirib.
Tramp bildirib ki, ətraf mühitin temperaturunun artması ilə bağlı narahatlığa ehtiyac yoxdur və bizim həqiqətən narahat olmamız lazım olan şey nüvə istiliyi problemidir.
***
ABŞ prezidenti Donald Tramp deyib ki, tezliklə dərman idxalına rüsumlar elan edəcək. Tramp çərşənbə axşamı bildirib ki, Birləşmiş Ştatlar tezliklə əczaçılıq mallarının gömrük qiymətlərinə yenidən baxacaq.
Milli Respublikaçılar Konqresinin Komitəsinin keçirdiyi tədbirdə çıxış edən Tramp bu tariflərin əczaçılıq şirkətlərini əməliyyatlarını ABŞ-a köçürməyə təşviq edəcəyini bildirib.