
Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
Günahkar iqlim dəyişikliyidir?
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Trampın başladığı ticarət müharibəsində geri addım atması narahatlıqları aradan qaldırmaq üçün kifayət etmədi. Avropadan “etimad sarsılır” kimi tənqidlər artır. Merz Avropa adından Trampla görüşəcəyini açıqlayıb.
Çindən başqa bir çox ölkəyə qarşı əlavə tarifləri 90 gün müddətinə donduracağını və bu müddət ərzində bu ölkələrə 10 faiz tarif tətbiq ediləcəyini açıqladığı ABŞ prezidenti Donald Trampın dünənki diqqətəlayiq addımı “uçurumun kənarından geriyə addım atmaq” olaraq xarakterizə edilir.
Hərəkətləri qlobal maliyyə bazarlarında zəlzələ yaratdıqdan sonra geri çəkilən Tramp “sakit olun” deyərək qisas almayan 75-dən çox ölkə ilə danışıqlar aparacaqlarını bildirib.
ABŞ və Çin arasında ticarət müharibəsi dueli davam edir. Tramp cavab olaraq əlavə tariflərə görə “hörmətsizlikdə” günahlandırdığı Çinə tətbiq etdiyi tarifi 125 faizə qaldırdığını açıqlayıb.
Tramp Çin prezidenti Si Cinpini çox yaxşı tanıdığını və onun qürurlu insan olduğunu bildirib. “Onlar sövdələşmə etmək istəyirlər, lakin bunu necə edəcəyini dəqiq bilmirlər, lakin həlli prosesində bunu anlayacaqlar”, – deyə o bildirib. Donald Tramp Çin prezidenti haqqında da “Cinpinqi bəyənirəm. O, mənim dostumdur... Amma ölkəmizə yaxşı münasibət göstərməyiblər”, – deyib.
Bu arada Çin cümə axşamı ABŞ mallarına qarşı planlaşdırdığı 84 faizlik cavab rüsumunu rəsmən tətbiq edib.
Çin Ticarət Nazirliyinin sözçüsü bu gün Çinin ticarət sahəsində üzləşdiyi çətinliklərin əhəmiyyətli dərəcədə artdığını və artan qeyri-müəyyənliyə qarşı tədbirləri artıracaqlarını açıqlayıb.
***
Bu arada Avropada Tramp administrasiyası ilə mümkün danışıqlar üçün həyəcanlı gözləmə davam edir.
ABŞ Maliyyə Naziri Skott Bessent dünən bildirib ki, cavab tədbirləri görməyən ölkələr əlavə tarifləri 90 gün müddətinə dondurmaq qərarı ilə “mükafatlandırılır”.
Bununla belə, Fransa Bankının prezidenti və Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Fransua Vilrua de Qalo bu geri addımı müsbət qiymətləndirsə də, Trampın siyasətinin dollara olan inamı sarsıtdığını vurğulayıb.
Fransız mətbuatına açıqlama verən Vilrua, Tramp rəhbərliyinin proteksionizm və gözlənilməzliyinin ABŞ iqtisadiyyatı üçün pis olduğuna diqqət çəkərək, “Son günlərdə və həftələrdə baş verənlər ABŞ dollarına olan etibarı sarsıdır”, – deyib.
Vilrua, “Tanrıya şükür, Avropa avronu 25 il əvvəl yaratdı. Biz öz pul muxtariyyətimizi yaratdıq, faiz dərəcələrimizi amerikalılardan fərqli idarə edə bilərik. Bu, əvvəllər belə deyildi”, – deyib.
Avropa Komissiyasının sədri Ursula von der Leyen Trampın beynəlxalq gömrük mübahisəsində qismən güzəştə getməsini alqışlayıb.
Von der Leyen bunun iqtisadiyyatın sabitləşməsi istiqamətində mühüm addım olduğunu söyləyərək, “ticarət və təchizat zəncirlərinin işləməsi üçün aydın və proqnozlaşdırıla bilən şərtlərin vacib olduğunu” əlavə etdi və AB-nin rahat və qarşılıqlı faydalı ticarəti təmin etmək üçün ABŞ ilə konstruktiv danışıqlar aparmaq əzmində olduğunu vurğulayıb.
***
Almaniyada baş nazir postunu tutmağa hazırlaşan Xristian Demokrat İttifaqının (CDU) lideri Fredrix Merz tezliklə Vaşinqtona səfər edəcəyini və ABŞ prezidenti Donald Trampla görüşəcəyini açıqlayıb.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın AB ilə ABŞ arasında aparılan danışıqlarda əsas rol oynaya biləcəyi bildirilir.
Dünən Xristian Demokrat İttifaqı (CDU), Xristian Sosial Birlik (CSU) və Sosial Demokrat Partiyası (SPD) arasında yeni Almaniya koalisiya hökumətinin qurulması ilə bağlı yekun razılaşma əldə olunub.
Merz Almaniyanın ictimai yayımı ARD-a bildirib ki, o, tezliklə Trampla görüşəcək, lakin onun səfəri üçün hələlik konkret tarix təyin olunmayıb.
CDU lideri səfərindən əvvəl AB daxilində xüsusilə gömrük tarifləri ilə bağlı məsləhətləşmələr aparacaqlarını və Vaşinqtonda təkcə Almaniyanı deyil, bütün Avropa ölkələrini təmsil etməyi hədəflədiyini ifadə edərək, “Mənim üçün prioritet Avropadır”, – deyib.
Merz həmçinin Trampın əlavə tarifləri 90 gün müddətinə dondurma qərarında Avropanın bir yerdə olmasının və ortaq mövqe sərgiləməsinin təsirli olduğunu vurğulayıb.
Avropanın Tramp administrasiyası ilə danışıqlara hazır olduğunu vurğulayan Merz, “Ancaq eyni zamanda beynəlxalq ticarət mübahisələrində Avropanın maraqlarını qorumaqda qərarlıyıq”, – deyib.