Rusların Serbiya qapısı da bağlanır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
19:02 | 11 aprel 2025 | Cümə
Məqaləyə 233 dəfə baxılıb
Şriftin ölçüsü
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Avropa Birliyinin (AB) ticarət komissarı Maros Şefçoviç tariflərlə bağlı danışıqlar aparmaq üçün bazar ertəsi Vaşinqtona səfər edəcək. AB Komissiyasının sözçüsü Olof Gill Brüsseldə keçirilən gündəlik mətbuat konfransında ABŞ-ın tarifləri ilə bağlı təmaslara dair açıqlamalar verib.
Gill AB Komissiyasının ticarət məsələləri və danışıqlardan məsul olan rəsmisi Şefçoviçin gələn həftənin əvvəli Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşlər keçirəcəyini və AB-nin ABŞ ilə qarşılıqlı faydalı razılaşma əldə etməyə hazır olduğunu bildirib.
Gill, Atlantik okeanının hər iki tərəfinə və qlobal iqtisadiyyata zərər verəcək hər hansı bir gərginlikdən qaçınmaq lazım olduğunu və Şefçoviçin yaxşı niyyətlə Vaşinqtona gedəcəyini və hamının xeyrinə olacaq həll yollarını tapacağını söylədi.
***
Şefçoviçin ABŞ Ticarət Naziri Hovard Lutnik və ABŞ Ticarət Nümayəndəsi Ceymison Qri kimi yüksək vəzifəli rəsmilərlə görüşü gözlənilir.
AB tərəfi ABŞ-la danışıqlar masasına oturmağa və tariflərlə bağlı razılığa gəlməyə ümid edir.
Dünən AB Komissiyasının sədri Ursula von der Leyen verdiyi açıqlamada ABŞ Prezidenti Donald Trampın Çindən başqa ticarət tərəfdaşlarına tətbiq edilən əlavə tarifləri 90 gün müddətinə dayandıracağını açıqladıqdan sonra danışıqlara şans vermək istədiklərini və “AB, üzv dövlətlərimizdən güclü dəstək gördüyümüz əks tədbirlərin qəbulunu tamamlasa da, biz onları 90 gün müddətində dayandıracağıq”, – deyib.