
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Rusiya qüvvələrinin Ukraynanın Sumı vilayətinə ballistik raket zərbəsi endirməsi nəticəsində azı 32 nəfər həlak olub. Hücum 2023-cü ildən bəri Ukraynada mülki şəxslərə qarşı ən dəhşətli hücum kimi qeydə alınıb. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti şəhər mərkəzinə edilən hücumlarda 10-u uşaq olmaqla azı 84 nəfərin yaralandığını açıqlayıb.
Ukrayna prezidenti Vladimir Zelenski 2023-cü ildən bəri Ukraynada mülki şəxslərə qarşı ən dəhşətli hücum olduğu deyilən hücumdan danışaraq, “Belə terror aktları Rusiyanın istədiyi kimidir, müharibəni uzadır”, – deyib.
***
“Dünyanın sərt cavabı lazımdır. Təcavüzkara təzyiq olmadan sülh mümkün deyil. Danışmaq heç vaxt ballistik raketləri və bombaları dayandırmayıb. Biz Rusiyaya layiq olduğu kimi, terrorçu kimi davranmalıyıq”, – Zelenski bildirib.
Hücum Pasxadan bir gün əvvəl Palm Bazar günü baş verib. Ukraynanın İqtisadiyyat naziri Yuliya Svırıdenko bildirib ki, ilin ən sıx dini günlərindən biri olan hücum zamanı insanlar kilsə mərasimində iştirak edirdilər.
***
AB-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaja Kallas hücumu Ukraynanın qeyd-şərtsiz atəşkəsi qəbul etdiyi bir vaxtda Rusiyanın hücumlarını artırmasının dəhşətli nümunəsi kimi qiymətləndirib.
Fransa prezidenti Emmanuel Makron da, “Atəşkəs üçün güclü tədbirlər görülməlidir”, – deyib.
BMT-nin Ukraynadakı humanitar koordinatoru Mattias Şmale hücumu ən sərt şəkildə pisləyib və beynəlxalq humanitar hüququn mülki şəxslərə və mülki infrastruktura hücumları qəti şəkildə qadağan etdiyini vurğulayıb.
Ötən gün Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna ordusuna məxsus “F-16” təyyarəsini vurub. Təyyarənin pilotu hava döyüşü zamanı həlak olub.