
Lekornu baş nazir oldu
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Fransanın ən ucuz kababçısı bağlandı
Həbsxanalarda artan hücumlar hökuməti yeni tədbirlər görməyə vadar edir
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
Minlərlə məhbus azadlığa buraxılacaq
Kamera yoldaşının çantasında gizlənərək qaçdı
Məhbuslar başqa ölkəyə göndəriləcək
“Məhkumları həbsxanadan “uçurmaq” üçün istifadə edilə bilər”
Mübahisə edən məhbuslar çarpayıya od vurdular
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Xaricdə kameraların kirayəsi həll yolu ola bilərmi?
66 həbsxanada telefon axtarışı başlayıb
Cəzaçəkmə müəssisəsində qanunsuz əşya keçirilməsinin qarşısı alınıb
Avstraliya vətəndaşının Çin həbsxanasında yaşadığı 5 il
Fransada həbsxanalarda sıxlıq həm insan haqları, həm də iqtisadiyyat baxımından böyük problemlər yaradır. Ölkəyə hər il 4 milyard avro zərər vuran bu problemin həlli üçün axtarışlar davam edir. Ədliyyə naziri Gerald Darmanin bu problemin həlli olaraq prefabrik həbsxanaların tikiləcəyini açıqlayıb. Birinci mərhələdə yarımaçıq və ya qısamüddətli həbs cəzası almış məhkumlar üçün 3000 yeni yer yaradılacaq. İlk 50 nəfərlik obyektin Aube bölgəsindəki Troyesdə tikilməsi planlaşdırılır.
Darmanin qeyd edib ki, bu strukturlar ənənəvi həbsxanalarla müqayisədə daha sürətli və yarı qiymətə tikilə bilər. Klassik həbsxana yeri 400 min avroya başa gəlirsə, prefabrik həbsxanada bu rəqəm 200 min avroya düşür.
1 mart 2025-ci il tarixinə Fransada 62 539 tutumlu həbsxanalarda 82 152 məhbus var. Bəzi təcridxana tiplərində bu nisbət 160 faizə çatır. 4850-dən çox məhbus döşəmədə yatmağa məcburdur. Bu sıxlığın dövlətə illik xərci təxminən 4 milyard avrodur.
Həbsxanalardakı bu böhran bilavasitə son illərdə ölkədə getdikcə sərtləşən məhkəmə qərarları ilə bağlıdır. Xüsusilə məişət zorakılığı, yol hərəkəti pozuntuları və təhlükəsizlik qüvvələrinə hücumlara görə cəzaların artırılması saxlanılanların sayını xeyli artırıb. Elektron bilərziklər və ictimai xidmət kimi alternativ cəzalar artıma baxmayaraq məhdud təsir göstərib.