
1212 şəhid vətəninə qayıtdı
Rusiya Ukrayna əsgərlərinin cəsədlərini geri verib
Rusiya Ukrayna əsgərlərinin cəsədlərini geri verib
Odessa limanındakı doğum evi bombalanıb
Zelenski: “Ukraynaya qarşı son hücumlar qisas üçün deyil”
Ukrayna gözlənilmədən hava döyüşünü qazanır
Bütün ölkəni hədəf alan hücumdan sonra əhalini düşündürən sual: “Bu gözlənilən cavabdırmı?”
Zelenski hörümçək toru əməliyyatını təsvir edir
Kreml “Hörümçək toru”ndan çıxa bilmir, Ukrayna ruslara kabus yaşadır
Pentaqon bu texnologiyadan İran və Husi təhdidlərinə qarşı istifadə edə bilər
Nüvə müharibəsi qaçılmazdır?
Bu genişlikdəki əməliyyatda daxildən dəstəyin alınmaması inandırıcı olmaz
Ukraynalı hakerlər Rusiya məxfi müəssisəsinin sisteminə sızıb
Bu silahlar əlçatan olarsa, terrorçu qruplar üçün də perspektivlər açılır
Ukrayna kəşfiyyatı hücum əməliyyatını su altından həyata keçirib
PUA hücumunun zərər rekordu, Rusiya mətbuatı ağzına su alıb durub
150 dollarlıq dronların vurduğu ən ucuz təyyarənin qiyməti 330 milyondur
Rusiya cəmiyyəti də dördüncü ilinə keçən müharibədən yorulub
İddiaya görə, rus əsgərləri arasında radio danışıqlarında əsgərlərə bir Ukrayna komandirini ələ keçirmək və digər əsgərləri edam etmək əmri verilib. Sözügedən anların səs yazıları ABŞ mətbuatında öz əksini tapıb.
Ukrayna rəsmiləri iddia ediblər ki, radio danışıqları “rus zabitlərinin əsgərlərinəə təslim olan Ukrayna əsgərlərini güllələməyi əmr etdiyini və bununla da beynəlxalq hüququ pozduğunu sübut edib”, – “CNN İnternational” xəbər verir.
***
Agentlik bildirir ki, Ukrayna tərəfindən dinlənilən və Ukrayna kəşfiyyatının rəsmisindən CNN tərəfindən əldə edilən radio danışıqları, ötən ilin noyabrında rus qoşunlarının Zaporojyada edam edildiyi iddia edilən pilotsuz uçuş aparatının (PUA) görüntüləri ilə uyğun gəlir.
Sözügedən görüntülərdə altı əsgərin yerdə üzüstə uzandığı, ən azı ikisinin yaxın məsafədən vurulduğu, digər əsgərin isə zorla ərazidən uzaqlaşdırıldığı əks olunub.
Hadisədən sonra Ukrayna rəsmiləri PUA-nın çəkdiyi videonun skrinşotunu sosial şəbəkədə paylaşaraq hadisə ilə bağlı araşdırmalara başlayıb. Ukrayna rəsmisi bildirib ki, CNN-in əldə etdiyi radio danışıqları əsgərlərin ölümləri ilə bağlı aparılan araşdırmalar çərçivəsində araşdırılır.
CNN bildirib ki, radio danışıqlarını və ya onların PUA-nın video görüntüləri ilə birbaşa əlaqəsi olub-olmadığını təsdiq edə bilməyib, lakin audio faylları təhlil edən məhkəmə eksperti bu yazıların doğru olduğunu düşünür.
***
BMT-nin məhkəməsiz və özbaşına edamlar üzrə xüsusi məruzəçisi Morris Tidbol-Binz CNN-ə bildirib ki, radio söhbətləri və PUA görüntüləri Rusiya qüvvələrinin təslim olan əsgərləri öldürdüyünü göstərir.
Daha əvvəl oxşar halları araşdıran ekspert qeyd edib ki, belə hadisələr beynəlxalq hüququn pozulmasıdır və “bunun üçün icazə yalnız Rusiyanın ən yüksək orqanları tərəfindən verilə bilər”. Tidball-Binz belə hadisələrin əmr olmadan bu qədər tez və kütləvi sayda baş verməyəcəyinə diqqət çəkib və burada ən azı yüksək komandirlərin, yəni Kremlin razılığının olduğunu iddia edib.
Rusiya Xarici İşlər Nazirliyi CNN-in iddialarla bağlı şərh istəməsinə cavab verməyib.
***
Qərb kəşfiyyatının zabiti CNN-ə deyib ki, o, səs yazılarını nəzərdən keçirib və onların əsl, etibarlı və əvvəllər sənədləşdirilmiş qəddar edamlarla uyğun olduğunu tapıb. Müvafiq olaraq, səs yazısında əsgərin təslim olan ukraynalı əsgərləri öldürmək əmri alması eşidilirdi.
Rəsmi bildirib ki, o, digər işlərdən də analoji materialları nəzərdən keçirib və bu, rus zabitlərinin təslim olmuş və ya təslim olmaq prosesində olan Ukrayna əsgərlərini öldürmək əmrinin sübutunu gücləndirib.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) həmçinin noyabr ayında hücumda 394-cü motoatıcı alayının fırtına bölməsinin rus əsgərlərinin iştirak etdiyini iddia edib. SBU-nun məlumatına görə, eyni bölmə eyni ərazidə baş verən başqa bir edamla da əlaqəli idi.