Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:41 | 22 may 2025 | Cümə axşamı
Məqaləyə 237 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Avropada yeni enerji qərarı qüvvəyə minir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Avropa Birliyi (AB) xarici alış-veriş saytlarından verilən aşağı qiymətli sifarişlər üçün yeni tənzimləmə hazırlayır. Avropa Komissiyası Çin kimi ölkələrdən sifariş edilən 150 avrodan aşağı kiçik bağlamalar üçün düz 2 avroluq emal haqqı tətbiq etməyi planlaşdırır. Bu addım “Temu” və “Shein” kimi platformalardan gələn ucuz məhsulların axınına nəzarət etmək məqsədi daşıyır.
“The Financial Times”ın əldə etdiyi təklif layihəsində sabit rüsumun məbləği açıq şəkildə göstərilməsə də, qəzetə danışan mənbələr hər paket üçün 2 avro alınmasının planlaşdırıldığını bildirib. Tənzimləmənin ən çox Asiyada yerləşən e-ticarət saytlarına təsir edəcəyi gözlənilir.
***
Avropa Komissiyasının məlumatlarına görə, təkcə keçən il 22 avrodan aşağı olan 4,6 milyard paket AB-yə çatıb. Bu rəqəm 2023-cü ildəkindən iki dəfə və 2022-ci ildən üç dəfə çoxdur. AB gömrük sistemində qeydə alınan bütün yüklərin 97 faizi kiçik paketlərdir ki, bunun da 90 faizi Çindən gətirilir.
***
Mövcud təcrübəyə əsasən, qiyməti 150 avrodan aşağı olan məhsullar gömrük rüsumundan azad edilib. Bununla belə, bu sıxlığın öhdəsindən gəlmək üçün AB Komissiyası bütün aşağı dəyərli paketlərə “əməliyyat haqqı” adlı sabit rüsum tətbiq etməyi hədəfləyir. Bu ödənişlə gömrük bölmələrinin artan iş yükünü qarşılamaq üçün resursların yaradılması nəzərdə tutulur.
Komissiya rəsmiləri bildirirlər ki, bir çox AB ölkələrində gömrük bu həcmdə paketləri lazımi səviyyədə yoxlaya bilmir.
***
AB-nin Ticarət Komissarı Maroş Şefçoviç vurğulayıb ki, bu ödəniş “vergi” deyil, “əməliyyat xərcləri”dir. Həmçinin qeyd olunub ki, birbaşa istehlakçılara deyil, logistik mərkəzlərə göndərilən məhsullar üçün 50 sentdən aşağı rüsum təklif edilib.
“Temu” və “Şeyn” hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lakin ABŞ ilin əvvəlində oxşar tədbirlər görərək Çindən birbaşa göndərişləri daha az cəlbedici etdi.
***
Yeni tənzimləmə qüvvəyə minərsə, Avropada ucuz Çin alış-veriş dövrü əhəmiyyətli dərəcədə yavaşlaya bilər. AB Komissiyasının bu addımı həm daxili bazarı qorumaq, həm də istehlakçıların təhlükəsizliyini artırmaq məqsədi daşıyır.