
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Ukrayna Rusiyaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Rusiya hakimiyyəti paytaxt Moskva vilayətinin Vnukovo və Jukovski hava limanlarında hücum səbəbilə uçuşların dayandırıldığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi, Ukrayna tərəfindən atılan 112 PUA-nın gecə yarısından əvvəl 3 saat ərzində altı fərqli bölgəni hədəf aldığını açıqlayıb.
***
Rusiya rəsmilərinin açıqlamasına görə, hava hücumundan müdafiə sistemləri Ukraynanın atdığı PUA-ları məhv edib. Rusiya da 3 gün ərzində Ukrayna şəhərlərinə irimiqyaslı PUA və raket hücumları həyata keçirib, Ukrayna isə ötən həftə Moskvaya oxşar PUA hücumları dalğasına başlayıb. Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın bazar ertəsi səhər saatlarında başa çatan PUA hücumlarında 900-dən çox PUA-dan istifadə etdiyini açıqlayıb.
Moskva qubernatoru Sergey Sobyanin “Telegram”da Ukraynanın ötən gecə həyata keçirdiyi hücumlarla bağlı bildirib ki, Müdafiə Nazirliyinin bölmələri Moskvaya doğru gələn 27 PUA-nı “geri qaytarıb”. Sobyanin hadisədə hər hansı dağıntı, ölən və ya yaralanan olub-olmaması ilə bağlı məlumat verməsə də, qrupların PUA hissələrinin düşdüyü ərazilərdə araşdırmalar apardığını bildirib.
***
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Rusiya qüvvələri dünən yerli vaxtla saat 21:00-00:00 arasında 112 PUA-nı zərərsizləşdirib. Açıqlamada bu PUA-lardan 59-nun Ukrayna sərhədindəki Bryansk vilayətində ələ keçirildiyi bildirilib.
Bryansk vilayətinin qubernatoru hücumda ölən və yaralananların olmadığını, lakin hücumda bir ev və 6 avtomobilin zərər gördüyünü bildirib.
Polşa sərhədi yaxınlığındakı Smolensk vilayətinin qubernatoru da 11 PUA-nın vurulduğunu və insident nəticəsində ölən və yaralananların olmadığını bildirib.