ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
13:26 | 28 may 2025 | Çərşənbə
Məqaləyə 190 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Budapeşt görüşü sual altında
ABŞ prezidenti Donald Tramp və onun “Hökumət Effektivliyi Departamenti”nə (DOGE) təyin etdiyi dünyanın ən zəngin adamı İlon Mask arasında keçən həftə Nümayəndələr Palatasında təsdiqlənən qanun layihəsi ilə bağlı fikir ayrılığı yaranıb.
Trampın “böyük, gözəl qanun layihəsi” adlandırdığı tənzimləməni qiymətləndirən Mask məyus olduğunu bildirib.
***
CBS xəbər kanalının məlumatına görə, Mask məsələni dəyərləndirərkən, “Düzünü desəm, büdcə kəsirini azaltmaq əvəzinə artıran böyük xərclər qanun layihəsini görəndə məyus oldum”.
Mask, qanun layihəsinin “hökuməti daraltmaq” üçün çalışan DOGE və komandasının işinə də xələl gətirdiyini söylədi: "Mən hesab edirəm ki, bir qanun layihəsi böyük və ya gözəl ola bilər. Amma hər ikisi ola bilərmi, bilmirəm. Bu mənim şəxsi fikrimdir".
***
ABŞ Nümayəndələr Palatasındakı Respublikaçılar Trampın seçki kampaniyası zamanı vəd etdiyi vergi endirimlərini həyata keçirməyi hədəfləyən qanun layihəsi təqdim etmişdilər. Respublikaçılar 1116 səhifəlik qanun layihəsini Trampın sözlərinə istinad edərək “Böyük gözəl qanun layihəsi” adlandırdılar.
Sözügedən qanun layihəsi dövlət və yerli vergi endirimlərinin artırılmasını, məsləhətlər və iş vaxtından artıq gəlirlərə görə vergilərin aradan qaldırılmasını və 2017-ci ildə qüvvəyə minmiş vergi endirimlərinin müddətinin uzadılmasını nəzərdə tutur. Xərclərin azaldılmasını da ehtiva edən qanun layihəsi, elektrikli nəqliyyat vasitələri və təmiz enerji üçün vergi güzəştlərinin azaldılması kimi qaydaların həyata keçirilməsini planlaşdırır.
ABŞ Konqresinin Nümayəndələr Palatasında yerli vaxtla mayın 22-si səhərə qədər davam edən uzun müzakirələrdən sonra qanun layihəsi 215 “hə” və 214 “xeyr” səsi ilə qəbul edilib.
Respublikaçılar və Demokratlar arasında həftələrlə davam edən qarşıdurmadan sonra Nümayəndələr Palatasından keçən qanun layihəsinin Senatdan keçəcəyi və sonra qanuna çevriləcəyi təqdirdə Tramp tərəfindən imzalanacağı gözlənilir.