Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
08:54 | 29 may 2025 | Cümə axşamı
Məqaləyə 213 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Dünyanın ən dəyərli çip istehsalçısı olan “Nvidia”, Çindəki yavaşlamanın balansına təsir etməsinə baxmayaraq, güclü gəlir proqnozunu paylaşdı.
“Nvidia”nın gəlirləri birinci rübdə təxminləri aşdı, eyni zamanda Çinə ixrac məhdudiyyətləri səbəbindən 8 milyard dollar itki proqnozlaşdırdı.
Kaliforniyada yerləşən çip istehsalçısı “Nvidia”, balansında 2026-cı maliyyə ilinin birinci rübü kimi qəbul etdiyi 27 apreldə sona çatan üç aylıq dövr üçün maliyyə nəticələrini açıqladı.
Şirkətin gəlirləri 69 faiz artaraq 44,1 milyard dollara çatıb ki, bu da təxmin edilən 43,3 milyard dolları üstələyib.
Rübdə xalis mənfəət illik 26 faiz artaraq 18,8 milyard dollara çatıb. Ötən maliyyə ilinin eyni dövründə şirkətin xalis mənfəəti 14,9 milyard dollar olub. Səhm başına xalis mənfəət bu dövrdə 60 sentdən 76 sentə yüksəlib.
Birinci rübdə səhm başına düzəliş edilmiş xalis gəlir 93 sentlik gözləntilərlə müqayisədə 96 sent oldu.
Şirkət həmçinin Çinə ixrac qaydalarına görə ikinci rübdə 8 milyard dollar gəlir itirəcəyini açıqlayıb. ABŞ administrasiyası aprelin 9-da şirkətə məlumat vermişdi ki, Çinə ixrac edəcəyi H20 çipləri üçün lisenziya tələb olunacaq.
“Nvidia”, maliyyə ilinin ikinci rübündə 45 milyard dollarlıq satış proqnozunu paylaşdı. Bu, “Bloomberg” analitiklərinin də gözləntiləri idi.
Baş direktor Yensen Huanq maliyyə nəticələri ilə bağlı verdiyi açıqlamada “Blackwell NVL72” süni intellektli superkompüterinin hazırda tam miqyaslı istehsalda olduğunu bildirib.
Huanq bildirib ki, “Nvidia”nın süni intellekt infrastrukturuna qlobal tələbat kifayət qədər güclüdür.
Ölkələrin süni zəkaya elektrik və internet kimi təməl bir infrastruktur kimi baxmağa başladığını deyən Huanq, “Nvidia”nın bu radikal çevrilmənin mərkəzində olduğunu söyləyib.