Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
17:26 | 30 may 2025 | Cümə
Məqaləyə 193 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Almaniyanı hücumla hədələyib.
Kartapolov iki gün əvvəl Rusiyanın “Life.ru” xəbər saytına deyib ki, Ukrayna Almaniya istehsalı olan “Taurus” raketlərindən istifadə edərsə, Berlin qanuni hədəf kimi qəbul ediləcək.
Almaniya kansleri Fridrix Merz həftənin əvvəlində bildirib ki, o, Ukraynada Rusiyaya qarşı Qərb istehsalı olan uzaqmənzilli raketlərdən istifadə etməkdə heç bir zərər görmür.
Lakin Berlin administrasiyası Ukraynanın çoxdan arzuladığı “Taurus” raketlərini hələ də göndərməyib. Merzin sələfi Olaf Şolz, müharibədə gərginliyin artmasının qarşısını almaq üçün raketlərin tədarükünü dəfələrlə əngəlləmişdi.
Yeni kanslerin bu açıqlaması ilə “Taurus” raketlərinin tədarükü ilə bağlı siyasət dəyişikliyinin olub-olmayacağı maraq mövzusuna çevrilib. Merz apreldə demişdi ki, “Taurus” raketləri Rusiyanın ilhaq etdiyi Krımda əsas körpünü vurmaq üçün də istifadə edilə bilər.
“Taurus” raketləri təqribən 500 kilometr mənzilə malikdir. Onlar Ukraynanın istifadə etdiyi Amerika istehsalı olan ATACMS və Britaniya-Fransa istehsalı olan “Kölgə Fırtınası” raketlərindən daha uzağa buraxıla bilər. Ukraynanın “Taurus”larla birbaşa Moskvanı vurması mümkündür.
Digər tərəfdən, Kartapolov, Ukrayna əsgərlərinin raketlərdən istifadə etmək üçün alman hərbçiləri tərəfindən öyrədilməsi lazım olduğuna diqqət çəkərək, bunun Berlin rəhbərliyinin müharibəyə qoşulması anlamına gələcəyini bildirib.
Kartapolov, Ukraynanın ABŞ və Avropanın verdiyi məlumatlarla Rusiya hədəflərini müəyyənləşdirdiyini və vurduğunu, “Taurus”lardan istifadə ediləcəyi təqdirdə alman əsgərlərinin də Ukraynaya yerləşdiriləcəyini bildirib.
Almaniyanın bu cür raketləri verəcəyi təqdirdə Moskvanın “hər şeyə hazır olduğunu” bildirən Kartapolov, “Biz “Taurus” raketlərini dayandırmağa, onların buraxılış məntəqələrini, operatorlarını və lazım gələrsə, bu silahların alındığı yerləri vurmağa hazırıq”, – deyib.
İki gün əvvəl Berlin administrasiyası Ukrayna ilə uzun mənzilli raketlərin inkişafı proqramı üzərində işlədiyini açıqlayıb. Almaniya Müdafiə Nazirliyi də həmin gün Ukraynaya 5 milyard avroluq yardım paketinin göndəriləcəyini bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Merz administrasiyasının mövqeyini tənqid edərək, “Almaniyanın müharibədə birbaşa iştirak etdiyi indi aydın oldu”, – deyib.