
Krım körpüsü vuruldu
Ukrayna kəşfiyyatı hücum əməliyyatını su altından həyata keçirib
Ukrayna kəşfiyyatı hücum əməliyyatını su altından həyata keçirib
PUA hücumunun zərər rekordu, Rusiya mətbuatı ağzına su alıb durub
150 dollarlıq dronların vurduğu ən ucuz təyyarənin qiyməti 330 milyondur
Rusiya cəmiyyəti də dördüncü ilinə keçən müharibədən yorulub
Ukrayna maya dəyəri 1 milyonluq PUA ordusu ilə Rusiyaya 7 milyarddan çox ziyan vurdu
... Yaxud ədalətin təntənəsi
Ukrayna Trampa Rusiya bazalarına kütləvi PUA hücumu barədə məlumat verməyib
Rusiya Ukraynanın PUA-larını vurub
Rus sürücülər nə apardığının fərqində olmayıb
NATO ölkələri ən azı Ukrayna qədər sevinir
... Yaxud Rusiya hava donanmasını iflic edən “Web”
40-dan çox təyyarə məhv edilib
Sumıda daha 11 kəndin boşaldılması barədə göstəriş verilib
Putin ikinci cəbhə açmaq üçün hazırlıqlara başlaya bilər
Moskvanın iki hava limanında uçuşlar dayandırılıb
“Pis polis” Medvedev təhlükəsizlik üçün 550 kilometrlik bufer zolaq təklif edir
Ukrayna Təhlükəsizlik İdarəsi (SBU) xüsusi əməliyyat keçirərək Rusiyanın dörd aerodromuna genişmiqyaslı hücum edib. Onların arasında “Olenya” və “Belaya” kimi strateji bombardmançıların yerləşdiyi aerodramlar da var.
SBU-nun “Pautina” (“Hörümçək toru”) xüsusi əməliyyatı nəticəsində məhv edilən və sıradan çıxarılan Rusiya strateji aviasiyasının dəyəridir 7 milyard dollardır. Bu Ukrayna Təhlükəsizlik Qüvvələrinin Rusiya ərazisində keçirtdiyi son əməliyyat dünya hərb tarixinə düşəcək hərbi əməliyyatdır.
Ukrayna tərəfi Rusiya ərazisində əməliyyatı icra etmək üçün 18 ay xüsusi hazırlıq görüb və Rusiya Təhlükəsizlik qüvvələrinin bundan xəbəri olmayıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, son keçirilən əməliyyatla birlikdə Rusiya Silahlı Qüvvələrinin strateji aviasiyasının 34 faizi sıradan çıxarılıb. Məlumata görə 41 təyyarə məhv edilib.
Hazırda 41 hərbi təyyarənin, o cümlədən “A-50”, “Tu-95” və “Tu-22 M3” kimi strateji nüvə bombardmançıların vurulduğu məlumdur.
SBU-nun əsl cəhənnəm yaratdığı hədəf aerodromlarından biri İrkutsk vilayətindəki “Belaya” olub. Bu, İrkutskdan təxminən 85 kilometr şimal-qərbdə yerləşən Rusiya strateji hərbi aviabazasıdır.
Bazada 444-cü və 200-cü Qvardiya ağır bombardmançı aviasiya alayları yerləşdirilib. “Belaya” aerodromu Kiyevdən 4700 kilometr aralıda yerləşir. Ona görə də ruslar mayın əvvəlində öz təyyarələrini orada gizlətməyə başlamışdılar.
“Pautina” əməliyyatı ilyarım müddətdə hazırlanıb. SBU əvvəlcə Rusiyaya FPV dronlarını, sonra isə mobil taxta evlər göndərib. Daha sonra Rusiya ərazisində pilotsuz təyyarələr yük maşınlarına yerləşdirilən evlərin damları altında gizlədilib. Lazım olan anda evlərin damları məsafədən komanda ilə açılıb və pilotsuz təyyarələr rus bombardmançılarını vurmaq üçün havaya qalxıb.
“Hörümçək toru” əməliyyatı müharibə üçün dönüm nöqtəsidir. Ən azı 4 aviabazaya edilmiş dron hücumları nəticəsində Rusiyanın çox sayda strateji hərbi təyyarəsi hədəf alınıb. Yəni, bugünkü hücumlar Rusiya kəşfiyyatı və ordusu üçün çox böyük fiyaskodur.
Putinin Trampla oynamağa çalışdığı siçan-pişik oyununun nəticəsi çox ağır oldu. Ötən günlərdə Tramp Putinə “odla oynayırsan” sözləri ilə xəbərdarlıq etmişdi. Putin əlini yüksəltmək istədiyi oyunda çox böyük itkilər verdi. Rusiya artıq masaya gəlməyə məcburdur, lakin daha əlverişsiz şərtlərdə.
Bəs, Rusiya rəhbərliyi dayanmaq yerinə, eskalasiyaya getməyi seçsə? Bəzi mənbələr, Rusiyanın Ukraynaya nüvə silahı ilə cavab verə biləcəyini iddia edir. Amma nüvə hücumu Rusiyanı öz hədəflərinə yaxınlaşdırmaq yerinə, vəziyyəti daha da mürəkkəbləşdirəcək. Eskalasiya isə NATO-Rusiya toqquşmasına gətirib çıxara bilər ki, bu da tam olaraq Ukraynanın istədiyi ssenaridir.
“Hörümçək toru” göstərdi ki, müharibə Rusiyanın şərtləri ilə bitməyəcək.