Türkiyənin güclü geoiqtisadi həmləsi
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
23:26 | 4 iyun 2025 | Çərşənbə
Məqaləyə 253 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Keçən aprel ayında bəzi NATO ölkələrinin Ukraynaya “elektromaqnit müharibəsi” imkanları baxımından dəstək vermək üçün koalisiya yaratdıqları açıqlandı. Bildirilib ki, sözügedən koalisiya öz kommunikasiyalarının təhlükəsizliyini təmin etmək, kəşfiyyat aparmaq, düşmən rabitəsini pozmaq və pilotsuz uçuş aparatlarından müdafiəni əhatə edən əhəmiyyəti artan bir sahə olan elektromaqnit müharibəsinə diqqət yetirir. Mövzu ilə bağlı açıqlama verən Almaniya müdafiə naziri Boris Pistorius, elektromaqnit döyüş imkanlarının genişləndirilməsini dəstəkləyən qrupun artacağını və Belçika, Estoniya, İtaliya, İsveç və Türkiyənin də təşəbbüsə qoşulmağı planlaşdırdığını açıqlayıb.
Ukrayna Təmas Qrupu Almaniya və Böyük Britaniyanın rəhbərliyi altında NATO-nun Brüsseldəki mənzil-qərargahında 28-ci iclasını başa çatdırıb.
Görüşdən sonra Almaniyanın müdafiə naziri Pistorius britaniyalı həmkarı Con Hili və ukraynalı həmkarı Rustəm Ömərov ilə birgə mətbuata açıqlama verib.
Pistorius bildirib ki, görüşdə Ukraynanın müdafiəsini gücləndirmək üçün müttəfiqlərlə birgə layihələr müzakirə olunub.
“Bu, bizə ayrı-ayrılıqda çox böyük layihələri birgə idarə etməyə imkan verəcək. Bu təkliflər həmçinin Ukrayna sənayesi ilə müttəfiq ölkələrin sənayeləri arasında əməkdaşlığa təkan verəcək”, – alman nazir bildirib.
***
Pistorius, həmçinin, Belçika, Estoniya, İtaliya, İsveç və Türkiyənin təşəbbüsə qoşulmağı planlaşdıran elektromaqnit müharibəsi imkanlarının genişləndirilməsini dəstəkləyən qrupun artacağını açıqlayıb.
ABŞ-ın müdafiə xərclərinin ölçüsü olaraq tələb etdiyi 5 faizlə bağlı fikirləri ilə bağlı suala Pistorius, “Vurğulamaq istərdim ki, bundan sonra heç kim həqiqətən 5 faizi nəzərdə tutmur, çünki bu, həqiqətən də qeyri-realdır. Söhbət gələcək illərdə faizi artırmaqdan gedir. Bu, mümkündür və tamamilə zəruridir. Biz bu məsələni sammitdə (24-25 iyunda Haaqada) müzakirə edəcəyik. Bu, kimisə məyus etmək deyil. Söhbət, mümkün olan danışıqlardan gedir”, – deyib.
Böyük Britaniyanın müdafiə naziri Hili də bu hədəfin müzakirəyə açıq olduğunu bildirib və öhdəliklərin hər bir ölkənin alyansa töhfə verdiyi imkanlarla ölçülməsi lazım olduğunu vurğulayıb.
***
Ömərov bildirib ki, Ukrayna Təmas Qrupu iclası birgə səylərdə yeni mərhələni qeyd edib.
Ukrayna şirkətlərinin müttəfiq ölkələrdə fabriklər qurması və müharibə zamanı istehsal olunan məhsulları istehsal edib Ukraynaya göndərməsi ilə bağlı razılığa gəldiklərini bildirən Ömərov fikrini belə izah edib: “Müvafiq tərəfdaş ölkələrdən gələn bütün təklifləri dəyərləndirməyi səbirsizliklə gözləyirik. Onun adını təsdiq etməmişik, lakin hələlik biz bunu “Ramstein sənaye investisiya təşəbbüsü” adlandırırıq. Bu təşəbbüs çərçivəsində strateji dəyişiklik var. Ukrayna şirkətləri Ukrayna Əlaqə Qrupunda bizim tərəfdaş ölkələrə sərmayə qoya bilər və bu ölkələrin şirkətləri Ukraynada öz zavodlarını yarada bilər. Pilotsuz uçuş aparatları, raketlər, döyüş sursatları və digər silahları birgə istehsal edəcəyik”.
Ömərov, AB-nin birgə satınalma layihələri üçün 150 milyard avroya qədər maliyyə təmin edə biləcək yeni maliyyə aləti SAFE-nin də bu layihələri dəstəkləyəcəyinə ümid etdiyini qeyd edərək, bunu “hər kəs qazansın” kimi xarakterizə edib.
“Ramşteyn formatı” kimi tanınan Ukrayna Müdafiə Əlaqə Qrupu Ukraynanı Rusiya ilə müharibədə dəstəkləmək üçün səyləri əlaqələndirmək məqsədi daşıyır.
Toplantıda Türkiyəni Müdafiə naziri Yaşar Gülər təmsil edib.