vaxtlı-vaxtında oxuyun! Şənbə, 7 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
Rusiya bazalarına növbəti hücum 12:51 | 6 iyun 2025 | Cümə Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya bazalarına növbəti hücum

Kreml “Hörümçək toru”ndan çıxa bilmir, Ukrayna ruslara kabus yaşadır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna gecə saatlarında Rusiyadakı Saratov və Ryazandakı iki Hərbi Hava Qüvvələri bazasına “uğurlu” hücum həyata keçirdiklərini açıqlayıb. Hücumlardan birinin ölkənin cənubundakı hava bazasını hədəf aldığı, digərinin isə paytaxt Moskva yaxınlığında olduğu bildirilib.

Ukrayna rəsmilərinin bəyanatında həmçinin qeyd olunub ki, sözügedən bazalar “Ukraynaya hücum edən Rusiya bombardmançıları tərəfindən istifadə edilib”.

İyunun 2-də İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının ikinci raundundan bir gün əvvəl Ukrayna Rusiya bombardmançılarına hücum etdiyini açıqlamışdı. “Hörümçək toru əməliyyatı” adlandırılan və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilən hücumların Rusiyaya dəyərinin milyardlarla dollarla ölçüldüyü, Rusiya ordusunun bu hücumlara lazım olan vaxtda cavab verəcəyini açıqladı. Ötən gecə Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hücumu nəticəsində azı 4 nəfər həlak olub.

***

Ordunun yaydığı bəyanatda, “İyunun 6-na keçən gecə düşmən təyyarələrinin sıx yerləşdiyi ərazi olan Saratov vilayətindəki Engels aviabazasına uğurlu hücum həyata keçirilib”, – deyilir.

“Ukrayna ərazisinə raket zərbələri endirmək üçün hava təchizatı və müşayiət təyyarələrinin yerləşdiyi və istifadə olunduğu Ryazan vilayətindəki Dyagilevo aviabazası da vurulub”.

***

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında 174 Ukrayna İHA-nın paytaxt Moskva da daxil olmaqla müxtəlif bölgələr üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

Nazirlik Ukraynanın gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum etdiyini açıqlayıb.

Açıqlamada 174 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, onların Moskva, Bryansk, Rostov, Saratov, Voronej, Kaluqa, Kursk, Oryol, Ryazan, Tula, Belqorod və Tambov bölgələri ilə yanaşı ilhaq edilmiş Krım üzərində də vurulduğu bildirilib.

Bəyanatda həmçinin Ukraynaya məxsus 3 “Neptun-MD” qanadlı raketinin Qara dənizdə hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.

***

Tambov vilayəti qubernatorunun müavini Yevgeni Pervışov, “Telegram” kanalında verdiyi açıqlamada, Ukraynanın bölgədəki Miçurinsk şəhərinə PUA-larla hücum təşkil etdiyini bildirərək, “PUA hissələrinin düşməsi nəticəsində baş verən söndürülüb. yaralanan 3 nəfər xəstəxanaya aparılıb”, – dedi.

Saratov vilayətinin qubernatoru Roman Busargin də PUA-nın hücumu nəticəsində bölgənin Engels şəhərində sənaye müəssisəsində yanğının baş verdiyini və çoxmərtəbəli yaşayış binasına ziyan dəydiyi bildirib.

Bölgədə müvafiq xidmət qruplarının işlərini davam etdirdiyini bildirən Busargin, “İlkin təsbitlərə görə hadisədə xəsarət alan olmayıb”, – deyib.

Moskva meri Sergey Sobyanin də öz “Telegram” kanalında bildirib ki, müvafiq xidmət mütəxəssisləri vurulan PUA hissələrinin düşdüyü nöqtələrdə işləyirlər.

***

Ukrayna tərəfindən vurulduğu iddia edilən hava bazalarından birinin yerləşdiyi Saratov vilayətinin qubernatoru Roman Busargin Engels də verdiyi açıqlamada PUA-ların şəhərdəki sənaye obyektinə hücum etdiyini açıqlayıb.

Sosial mediada paylaşılan və “Reuters” tərəfindən təsdiqlənən görüntülərdə qara tüstünün yüksəldiyi yanğın görünür.

Busargin hücumda bir yaşayış binasının da vurulduğunu, lakin ölən və yaralanan olmadığını bildirib.