vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 31 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
1212 şəhid vətəninə qayıtdı 12:42 | 11 iyun 2025 | Çərşənbə Məqaləyə 80 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1212 şəhid vətəninə qayıtdı

Rusiya Ukrayna əsgərlərinin cəsədlərini geri verib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İstanbulda əldə olunan razılığa əsasən, Moskva administrasiyası 1212 ukraynalı əsgərin cəsədini geri qaytarıb. Ukraynalı Əsirlərin Müalicə Koordinasiya Mərkəzinin “Telegram” hesabından edilən yazılı açıqlamada, Rusiya ilə mübadilə çərçivəsində müharibədə həyatını itirən 1212 Ukrayna əsgərinin cənazəsinin qəbul edildiyi bildirilib.

Rusiyanın Xarkov, Luqansk, Donetsk, Zaporojya, Xerson və Kursk vilayətində baş verən qarşıdurmalarda həyatını itirən əsgərlərin cənazələrinin ölkəyə gətirildiyi bildirilən bəyanatda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Ukraynanın müvafiq qurumlarının cənazələrin qaytarılmasında mühüm xidmətləri olduğu qeyd edilib.

Bəyanatda həlak olan əsgərlərin şəxsiyyətinin müəyyən edilməsi üçün ən qısa zamanda iş aparılacağı bildirilib.

Mübadilə iyunun 2-də İstanbulda Türkiyənin ev sahibliyi etdiyi danışıqlarda əldə olunan razılaşmalara uyğun olaraq həyata keçirilib.