Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:47 | 25 iyun 2025 | Çərşənbə
Məqaləyə 254 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
“Wall Street” fond bazarları İsrail və İran arasında atəşkəsin davam etdiyinə dair işarələr və Pauellin açıqlamalarından sonra yeni rekord həddə çatıb. “S&P 500” çərşənbə axşamı günü 1,1 faiz, “Nasdaq 100” isə 1,5 faiz artımla bağladı. Hər iki indeks fevral ayından bəri ilk dəfə rekord qırıb. ABŞ fond fyuçersləri bu səhər yan tərəfdə ticarət edir.
Asiya bazarları da atəşkəsdən müsbət təsirlənir. “MSCI Asia Pacific Index”, dünən 2 faizdən çox yüksəlişdən sonra bu səhər 0,2 faiz yüksəlib. “WTI” markalı xam neft bu həftənin ilk iki ticarət günündə 15 faiz ucuzlaşmışdı ki, bu da 2022-ci ildən bəri ən kəskin iki günlük itki idi. Bu səhər “WTI” və Brent 1,3% artaraq müvafiq olaraq 65,2 və 68 dollara satılırdı. Dollar bu gün səhər saatlarında inkişaf etmiş ölkələrin valyutalarına qarşı yan ticarət edir. Bu səhər 1,202 səviyyəsində olan “Bloomberg Dollar İndeksi”, Pauellin açıqlamalarından sonra dünən 0,8 faiz itki ilə başa vurdu. ABŞ-ın 10 illik istiqrazlarının faizi çərşənbə axşamı beş baza bəndi azalaraq 4,2945 faizə düşüb. Bu səhər Asiya ticarətində gəlirlilik 4,3004% səviyyəsində qiymətləndirilib.
***
FED sədri Cerom Pauel Trampın tələblərinə və bəzi FED qubernatorlarının faiz dərəcələrinin endirilməsi ilə bağlı açıq mövqeyinə baxmayaraq, siyasətçilərin tənzimləməyə tələsməməli olduğunu təkrarladı. ABŞ Konqresinin Nümayəndələr Palatasının il ortası təqdimatından sonra sualları cavablandıran Pauell, “İnflyasiya təzyiqlərinin məhdud olduğu ortaya çıxarsa, faiz dərəcələrini daha erkən azaldacağıq. Amma konkret bir görüşə işarə etmək istəmirəm. İqtisadiyyat hələ də güclü olduğu üçün tələsməməli olduğumuzu düşünrəm”, – dedi. Bir çox yolun mümkün olduğunu ifadə edən Pauell, son məlumatların aşağı faiz ssenarisini dəstəklədiyini etiraf etdi. Bununla belə, məlumatların retrospektiv olduğunu xatırladan FED sədri, bir çox iqtisadçının bu il inflyasiyada əhəmiyyətli bir artım gözlədiyini söylədi və “Biz bunu görməməzlikdən gələ bilmərik”, – dedi. Pauell təqdimatından əvvəl dərc olunan çıxış mətnində tariflərin təsirinin bu vergilərin yekun səviyyəsindən asılı olacağını bildirib. Pauellin çıxışlarından sonra bu il üçün svop bazarlarında əks olunan iki faiz endirimi ehtimalı bir qədər artdı. FED üzvlərinin proqnozlarını əks etdirən nöqtə qrafiki də bu il iki faiz endiriminə işarə etdi.