57 milyard dollar
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
16:12 | 25 iyun 2025 | Çərşənbə
Məqaləyə 117 dəfə baxılıb
Şriftin ölçüsü
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Almaniya kansleri Fridrix Merz NATO sammiti öncəsi ordunun gücləndirilməsi və beynəlxalq qətiyyət mesajı verdi. Almaniya və Fransa Avropanın təhlükəsizliyində birgə hərəkət edirlər.
Fridrix Merz hökumətin bəyanatında ölkəsinin dünya səhnəsində daha qətiyyətli mövqe nümayiş etdirəcəyini vurğulayıb. O, bildirib ki, bunun bir hissəsi olaraq Almaniya ordusunu (Bundesver) Avropanın ən güclü ordusuna çevirməyi və Litvada briqada yerləşdirərək NATO-nun şərq cinahını gücləndirməyi hədəfləyirlər. Merz, “Almaniyanın Avropa və beynəlxalq arenaya qayıtdığını” və bu yeni qərarın dünyada yaxından izləndiyini və tərəfdaşları tərəfindən müsbət qarşılandığını bildirib.
NATO üçün daha çox məsuliyyət
Baş nazir Merz bəyan edib ki, Almaniya NATO sammitinə qədər alyansda daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Şərqi Avropadakı kiçik NATO ölkələrinin Rusiyadan gələn təhlükə ilə bağlı xəbərdarlıqlarına uzun müddətdir məhəl qoyulmadığını ifadə edən Merz, “Bu səhvi indi gördük. Bu nöqtədən geri dönüş yoxdur. Litvanın təhlükəsizliyi həm də Almaniyanın təhlükəsizliyidir”, – Merz deyib.
NATO-nun müdafiə hədəfi dəyişir
Merz, NATO-nun müdafiə xərclərini 2035-ci ilə qədər üzv ölkələrin ümumi daxili məhsulunun yüzdə 5-ə çatdırmağı hədəflədiyini açıqladı. Bunun ən azı 3,5 faizinin klassik hərbi xərclərə ayrılacağı və terrorla mübarizə və hərbi infrastruktur kimi maddələrin də yer alacağı gözlənilir.
Ukrayna müharibəsi də sammitin əsas gündəm maddələrindən biri olub. Bundan əlavə, iqtisadi rəqabət, miqrasiya və İsrail və İran arasında münaqişələr də gündəmdə olub. Sammitdə ABŞ-ın son vaxtlar qarışdığı İsrail-İran gərginliyi geniş müzakirə olunub.
Merz Trampın atəşkəs çağırışını dəstəkləyir
İran ABŞ-ın Qətərdəki nüvə obyektlərini bombalamasına cavab olaraq ABŞ bazasına hücum edib. ABŞ prezidenti Donald Trampın bəyanatına görə, hücum əvvəlcədən xəbərdar edilib və qarşısı alınıb. İsrail və İranın Trampın atəşkəs çağırışına müsbət yanaşdığı bildirilir. Merz bu çağırışı alqışlayaraq, İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə son hücumlarını da müdafiə edib. O, bu hücumların İranın “dağıdıcı məqsədlərindən” yayındıracağına ümid etdiyini bildirib. İranın nüvə proqramının İsrail və dünya üçün yaratdığı təhlükənin vurğulayan Merz, “Dövlətimizin təməl prinsipi İsrailin varlığını qorumaqdır”, – deyib.
Qəzzada humanitar atəşkəsə çağırışı
Merz Qəzza zolağında da atəşkəsin vacibliyini vurğulayaraq, orada yaşayanlara “insani” davranılması lazım olduğunu bildirib. O, həmçinin AB daxilində İsraillə tərəfdaşlıq sazişinin dayandırılması tələblərinə qarşı çıxıb.
Ukrayna müharibəsinə gəlincə, o, Rusiya lideri Vladimir Putinin sülhə meylli olmadığını və buna görə də Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməli olduğunu müdafiə edib. ABŞ-ın bu yolla gedəcəyinə ümid etdiyini ifadə edən Merz, “Putin yalnız gücün dilini anlayır”, – dedi.
Almaniya və Fransanın birgə mövqeyi
Hökumətin bəyanatından əvvəl Merz və Fransa prezidenti Emmanuel Makron “Financial Times” qəzetində dərc olunmuş birgə məqalələrində Avropanın azadlığını və təhlükəsizliyini müdafiə etmək əzmlərini vurğulayıblar. Məqalədə Avropanın sabitliyinə ən böyük təhlükənin Rusiya olduğu və Kremlin məqsədinin Avropa ölkələrində sabitliyi pozmaq və dünya nizamını sarsıtmaq olduğu vurğulanıb.
Rusiyanın Ukraynaya təhdid və dəstəyi ilə yanaşı, terrorizmlə mübarizənin, dövlətin, insanların və maraqların bütün dünyada qorunmasının da əsas vəzifələr sırasında olduğu vurğulanıb. “Biz bu çətinliklərin öhdəsindən gəlməliyik. Çünki məcburuq və bunu vətəndaşlarımıza borcluyuq”, – dedi.