Yaponiyanın ilk qadın baş nazirinin keçmişi
Tetçerin pərəstişkarı Takaiçini Toni Bleyr, Bill Klintonla nə birləşdirir?
08:50 | 21 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 225 dəfə baxılıb
Şriftin ölçüsü
Tetçerin pərəstişkarı Takaiçini Toni Bleyr, Bill Klintonla nə birləşdirir?
Günahkar iqlim dəyişikliyidir?
20 ildən sonra dünyanın ən güclü 10 pasportundan çıxdı
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Yaponiya və Tayvan birjaları rekord səviyyəyə çatdı
Valyuta bazarında statistikaya əsaslanan siqnallar
İndeks maliyyə nazirinin açıqlamasından sonra ilk dəfə 44 min xal səviyyəsini keçdi
“ABŞ Yaponiya mallarına tətbiq etdiyi gömrük vergisini azaldacaq”
Siyasi böhran və ABŞ vergilərinə baxmayaraq ...
Yaponiyada “Nikkei 225” güclü ÜDM və İşibanın istefası sonrası sıçradı
“Deportasiya qoxusunu sevirəm”
Yapon yeni bazar ertəsi günü möhkəmlənib. Yaponiyanın hakim koalisiyası yuxarı palatada çoxluğu itirib. Bu səbəbdən, ABŞ-la gömrük tarifləri üzrə danışıqlarda son tarix yaxınlaşdıqca, investorlar siyasi dalana dirənmə qorxusu ilə ehtiyatlı davranmağa üstünlük veriblər.
Yaponiyada bazarlar bu gün bağlı olub. Erkən ticarət əməliyyatları göstərib ki, seçki nəticələri bazar tərəfindən əsasən əvvəlcədən qiymətləndirilib.
Yen dollar qarşısında 148,46 səviyyəsinə yüksəlib, lakin investorların Yaponiyanın fiskal mənzərəsi ilə bağlı narahatlıqları səbəbilə ötən həftə qeydə alınan 3,5 aylıq ən aşağı səviyyəyə yaxın qalmaqda davam edib. Yen avro qarşısında 172,64, funt sterlinq qarşısında isə 199,03 səviyyəsinə cüzi qalxıb.
Liberal Demokrat Partiyası (LDP) və koalisiya tərəfdaşı “Komeyto” cəmi 47 yer qazanıb – bu isə 248 nəfərlik yuxarı palatada çoxluğu qorumaq üçün lazım olan 50 yerdən azdır. Oktyabr ayında keçirilən aşağı palata seçkilərindəki zəif performansdan sonra baş verən bu vəziyyət İşibanı etimadsızlıq səsvermələri və partiya daxilindəki müxalifət qarşısında müdafiəsiz qoyub.
İşiba bu nəticəyə münasibət bildirərək deyib: “Bu ağır nəticəni ciddi şəkildə qəbul edirəm. ABŞ ilə danışıqları heç vaxt məhv etməməliyik”, deyib.
Müxalifətdəki Konstitusion Demokratik Partiya 22 yer qazanıb. İfrat-sağçı və anti-immiqrant mövqeyi ilə tanınan “Sanseytō” partiyası isə 14 yer əldə edərək səs faizini artırıb. Komplo nəzəriyyələri və “Əvvəlcə Yaponiya” şüarı ilə tanınan bu partiya siyasətdə əsas axına təsir etməyə başlayıb.