Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
09:42 | 21 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 308 dəfə baxılıb
Şriftin ölçüsü
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
“Wall Street Journal” qəzetinin mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ-ın maliyyə naziri Skott Bessent prezident Donald Trampa Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauellin vəzifədən niyə uzaqlaşdırılmaması barədə şəxsi fikirlərini bildirib.
Həftəsonu dərc edilən xəbərə əsasən, Bessent belə bir addımın iqtisadiyyat və maliyyələrə təsiri, FED-in ilin sonlarına doğru faiz dərəcələrini endirmək ehtimalı, eləcə də mümkün siyasi və hüquqi maneələrlə bağlı narahatlıqlarını çatdırıb.
Qəzetə danışan mənbələr qeyd ediblər ki, Bessent Pauellin vəzifədən uzaqlaşdırılmasının lüzumsuz olduğunu, çünki iqtisadiyyatın hazırda yaxşı vəziyyətdə olduğunu və bazarların prezidentin siyasətlərinə müsbət reaksiya verdiyini deyib.
Tramp da özünün “Truth Social” hesabında yayımladığı paylaşımda qəzetin xəbərini yalanlayıb və Pauelli “tarixdəki ən pis FED sədri” adlandıraraq bunları yazıb: “Bazar üçün nə yaxşıdır, Amerika üçün nə yaxşıdır – bunları hamıdan yaxşı mən bilirəm. Əgər mən olmasaydım, bu gün bazar rekord səviyyələrdə olmazdı, əksinə, çoxdan çökərdi!”
Ağ Evin bir rəsmisi bildirib ki, Tramp respublikaçı konqresmenlərlə keçirdiyi görüşdə Pauellin vəzifədən alınması məsələsində onların fikrini öyrənib. Lakin daha sonra prezident bu istiqamətdə konkret planının olmadığını bəyan edib.
Trampın Pauelli vəzifədən uzaqlaşdıra biləcəyi xəbərinin yayılması və qısa müddət sonra bu xəbəri təkzib etməsi arasında bir saat belə keçməmiş ABŞ-ın 30 illik istiqrazlarının gəlirliliyi 11 baza bəndi artıb. Beşillik istiqrazlarla fərq isə 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Bu arada dollar, avro qarşısında 1 faizdən çox ucuzlaşıb və Amerika birjalarında eniş qeydə alınıb. “Columbia Threadneedle” şirkətində qlobal faiz strategiyası üzrə mütəxəssis Ed əl-Hüseyni isə bu durumu izah edərkən, “Ən qorxulu ssenari – FED-in müstəqilliyini itirməsi, yüksək tarif inflyasiyası, seçkilər öncəsi maliyyə siyasətinin daha da yumşalması və bunların hamısının eyni anda baş verməsidir”, – deyib.