Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
09:54 | 22 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 295 dəfə baxılıb
Şriftin ölçüsü
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ABŞ-da Mərkəzi Bankın (FED) sədri Cerom Pauell yenidən tənqid hədəfindədir. Respublikaçı Konqres üzvü Anna Paulina Luna, Ədliyyə naziri Pam Bondiyə göndərdiyi məktubda, Pauellin FED binasının 2,5 milyard dollarlıq yenilənməsi ilə bağlı Konqres qarşısında verdiyi ifadələrdə “maddi cəhətdən yanlış və yanıltıcı bəyanatlar” verdiyini iddia edib.
“VIP restoran yoxdur, yeni mərmər yoxdur” – Bəs sənədlər nə deyir?
Vaxt.az xəbər verir ki, iyunun 25-də ABŞ Senatının Bankçılıq, Mənzil və Şəhər İnkişafı Komitəsində çıxış edən Pauell, binada “VIP yemək salonu yoxdur, yeni mərmər yoxdur, sadəcə köhnə liftlər var, süs hovuzları, arı qovanları və dam bağı yoxdur” deyə bildirmişdi. Lakin FED-in Planlaşdırma Komissiyasına təqdim etdiyi rəsmi layihə sənədlərində bu elementlərin layihəyə daxil olduğu göstərilir.
Luna bildirib ki, Pauellin “binaya indiyə qədər heç vaxt təmir edilməyib” iddiası da həqiqəti əks etdirmir. Respublikaçı deputatın məktubunda deyilir: “Əgər Pauell, Konqresdə və ya digər yüksək vəzifəli şəxslərlə yazışmalarda bu faktları bilərəkdən təhrif edibsə, bu, federal qanunvericilik baxımından yemin pozulması və maddi cəhətdən yanlış bəyan kimi qiymətləndirilə bilər”.
Tramp administrasiyası da məsələni qaldırmışdı
Xatırladaq ki, Donald Tramp rəhbərliyi dövründə də FED rəhbəri bu məsələ ilə bağlı tənqid olunmuş, Tramp birbaşa olaraq demişdi: “Bu sadəcə bir renovasiyadır, necə olur ki, 2,5 milyard dollar xərclənir?”
Ağ Evin Büdcə İdarəsinin rəhbəri Rassell Voyt Pauellə məktub göndərərək renovasiya ilə bağlı suallar ünvanlamış, layihə xərclərinin əsaslandırılmasını tələb etmişdi.
“Layihə şəffaf və qanunauyğundur”
Pauell isə cavab məktubunda maliyyə intizamını ciddi şəkildə qoruduqlarını, layihənin 2017-ci ildən bəri dəfələrlə audit olunduğunu, və hər il FED rəhbərliyi tərəfindən təsdiqləndiyini bildirib.
Onun sözlərinə görə, layihə iki tarixi binanın yenilənməsini əhatə edir və buna görə də genişmiqyaslı işlərə ehtiyac var. O əlavə edib ki, bir neçə dizayn dəyişiklikləri olsa da, layihəyə əlavə lüks elementlər daxil edilməyib.
FED, rəsmi internet saytında layihəyə dair vizual materialları – foto və videoları da ictimaiyyətə təqdim edib.
Araşdırma gözlənilir
Konqres üzvü Luna Ədliyyə Nazirliyinə müraciətində, Pauellin ifadələrinin rəsmi araşdırmaya cəlb olunmasının mümkünlüyünü öyrənmək istədiyini və məsələ ilə bağlı konkret hüquqi qiymətləndirmə tələb etdiyini bildirib.