Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
17:08 | 23 iyul 2025 | Çərşənbə
Məqaləyə 1023 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
1 nəfər mülki vətəndaş həlak oldu
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Ukrayna və İsrail arasında təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub. Ukraynanın paytaxtı Kiyevdə baş tutan görüşdə İsrailin xarici işlər naziri Gideon Saar və Ukraynanın xarici işlər naziri Andriy Sıbiha iştirak edib.
Vaxt.az-ın məlumatına görə, görüşdən sonra keçirilən birgə mətbuat konfransında tərəflər, İranın yaratdığı regional təhlükələrə qarşı birgə fəaliyyət göstərəcəklərini bəyan ediblər. Söhbət yalnız diplomatik addımlardan deyil, həm də “strateji təhlükəsizlik dialoqundan” və texnoloji müdafiə əməkdaşlığından gedir.
“İran təhdidinə qarşı ayrıca dialoq başlatdıq”
Ukrayna XİN rəhbəri Andriy Sıbiha görüşdən sonra verdiyi açıqlamada bildirib: “Moskva, Tehran və Pxenyan – bu rejimlər, bir-birini dəstəkləyən və bütün azad dünyanı təhdid edən cinayətkar ittifaqın tərkib hissələridir”.
Sıbiha əlavə edib ki, bu təhlükəyə cavab olaraq ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktivləşdirilməsi barədə razılıq əldə olunub. O, konkret olaraq İran təhdidinə qarşı ayrıca bir diplomatik və təhlükəsizlik kanalı açıldı deyə bildirib.
“İki ölkə üçün birlikdə hərəkət etməyin zamanıdır”
Nazir həmçinin vurğulayıb ki, Ukrayna ilə İsrailin müdafiə texnologiyaları sahəsində nəzərəçarpacaq potensialı mövcuddur. Bu imkanların birgə reallaşdırılması hər iki ölkənin təhlükəsizliyi və sabitliyi baxımından zəruridir: “Bu imkanları artıq reallığa çevirməyin vaxtıdır”.
İsrail: İran silahlarına qarşı fəaliyyət Avropaya da fayda verir
İsrailin xarici işlər naziri Gideon Saar isə öz növbəsində Ukraynaya tam dəstək verdiyini açıqlayıb. O, İranın silah sistemlərinə və texnologiyasına qarşı atılan addımların yalnız İsrail üçün deyil, Avropa və Ukrayna üçün də strateji əhəmiyyət daşıdığını bildirib.
“İran üzərində qurduğumuz strateji nəzarət və əks-tədbirlər həm də Avropa təhlükəsizliyinə xidmət edir”.
Tel-Əviv-Kiyev xətti Moskva-Tehran oxuna cavabdır?
Mütəxəssislər bildirirlər ki, bu əməkdaşlıq Rusiya, İran və Şimali Koreya arasında formalaşmaqda olan təhlükəli geosiyasi oxun əksinə, yeni bir “liberal təhlükəsizlik oxu”nun formalaşması cəhdi kimi də oxuna bilər.
İranın silah tədarükü, pilotsuz aparat texnologiyaları və qeyri-rəsmi paramilitar şəbəkələri artıq təkcə Yaxın Şərqdə deyil, Avropa savaşlarına da uzanır. Bu fonda İsrail və Ukraynanın bir araya gəlməsi təsadüfi deyil – bu, həm də Qərb ittifaqı içində alternativ hərbi və texnoloji koalisiyaların yaranmasına işarədir.