Avropa adam axtarır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
07:45 | 26 iyul 2025 | Şənbə
Məqaləyə 791 dəfə baxılıb
Şriftin ölçüsü
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
“Blokadanızı donanmamızla yararıq”
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
ABŞ Prezidenti Donald Tramp Avropa Birliyi (AB) ilə aparılan ticarət danışıqları barədə açıqlama verib. Şotlandiyaya səfərindən əvvəl jurnalistlərin suallarını cavablandıran Tramp, “Avropa Birliyi ilə çox diqqətlə işləyirik. Razılaşma ehtimalı 50 faizdir, bəlkə bir az daha az, amma 50 deyə bilərik”, – deyə bildirib.
Vaxt.az xəbər verir ki, Tramp Avropa Birliyinin razılaşma istədiyini qeyd edərək, “Birliyin razılaşma üçün şansı hazırda olduqca yüksəkdir”, – fikrini əlavə edib.
Qeyd edək ki, Trampın bu açıqlaması Avropa Komissiyasının “ABŞ ilə danışıqlara əsaslanan həll yaxın görünür” mesajından bir gün sonraya təsadüf edir. Digər tərəfdən, AB ölkələri, danışıqların uğursuz nəticələnəcəyi təqdirdə, 93 milyard avro dəyərində ABŞ məhsullarına qarşı tarif tədbirləri görülməsini təsdiqləyib.
Avropa Komissiyası bildirir ki, əsas prioritet ABŞ Prezidentinin avqustun 1-dən tətbiq etmək istədiyi 30 faizlik idxal tarifinin qarşısını almaqdır.
Tramp razılaşma üçün Avropa Birliyinin bu tarifləri “azaltmalı” olduğunu deyib, lakin əlavə təfərrüat açıqlamayıb.
***
Diplomatik mənbələrin məlumatına görə, tərəflər AB-dən idxal edilən məhsullara 15 faiz həcmində ümumi tarif tətbiqini nəzərdə tutan, Yaponiyaya bənzər çərçivəyə yaxınlaşırlar.
Bununla belə, Ağ Ev yayılan məlumatlara ehtiyatla yanaşmağı tövsiyə edir. Trampın ticarət müşaviri Piter Navarro “Bloomberg”ə bildirib ki, Avropa Birliyindən gələn xəbərlər “diqqətlə” dəyərləndirilməlidir.
Qeyd olunur ki, Aİ-nin ABŞ-a nə təklif edəcəyi hələlik bəlli deyil. Yaponiya kimi sərmayə vədi verməyə Avropa Birliyi isti yanaşmır.