ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
10:06 | 4 avqust 2025 | Bazar ertəsi
Məqaləyə 704 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
ABŞ Prezidenti Donald Tramp bazar günü jurnalistlərə verdiyi açıqlamada, yaxın vaxtlarda Federal Ehtiyatlar Sistemi (FED) üçün yeni bir üzv və yeni bir statistikləri bürosu rəhbəri təyin edəcəyini bildirdi.
Bu təyinatlar, qlobal iqtisadi artımın yavaşlamağa başladığı və narahatlıqların artdığı bir dövrdə Trampın iqtisadi siyasətində əhəmiyyətli rol oynaya bilər. Tramp, FED üzvlüyündən ayrılan Adriana Kuqlerin yerinə namizədlər barədə düşündüyünü qeyd etdi. Kuqlerin gözləniləndən əvvəl istefa verməsi, Trampa aşağı faiz siyasətini dəstəkləyən bir namizədi erkən təyin etmək imkanı yaratdı.
Digər tərəfdən, Trampın zəif məşğulluq məlumatlarının ardından ABŞ Əmək Statistikası Bürosunun rəhbəri Erika Makentarferi vəzifəsindən azad etməsi tənqidlərə səbəb olub. Bu qərara etiraz edənlərdən biri olan CNN-ə danışan Uilliyam Biç, “Bu çox zərərli bir addımdır və bunun üçün əsas görmürəm” sözləri ilə qərarı sərt tənqid edib. Biç həmçinin, akademik araşdırmaların məşğulluq statistikalarının son 20-30 ildə daha dəqiq olduğunu ortaya qoyduğunu vurğulayıb.
“Bank of America”nın baş direktoru Brian Moynihan isə Trampın qərarını birbaşa tənqid etməsə də, ABŞ hökumətinin etimadını qorumaq üçün məlumat toplama sisteminin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.