ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
07:43 | 3 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 512 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
ABŞ Prezidenti Donald Tramp, gömrük vergilərinin çoxunun qanunsuz olduğuna qərar verən apellyasiya məhkəməsi hökmünün ləğv olunması üçün Ali Məhkəmədən “sürətləndirilmiş qərar” tələb edəcəyini bildirib.
Tramp, “Bu gün birja buna görə enişdədir, çünki bazar rüsumları istəyir” deyə çıxış edib.
Ağ Evdə keçirdiyi mətbuat konfransında danışan Tramp, ABŞ Federal Apellyasiya Məhkəməsinin gömrük rüsumlarının əksəriyyətini qanunsuz hesab etməsi ilə bağlı açıqlamalar verib.
“Gömrük rüsumları olmasa, üçüncü dünya ölkəsinə çevrilə bilərik” deyən Tramp, məhkəmədən sürətləndirilmiş qərar tələb edəcəklərini vurğulayıb.
Prezident, tariflərin olmaması halında ciddi problemlərlə üzləşəcəklərini, indiyədək təxminən 17 trilyon dollarlıq sərmayə aldıqlarını və bunun əsasən rüsumlar sayəsində baş verdiyini qeyd edib.
Tramp, gömrük rüsumları olmasaydı, ABŞ-a gələn sərmayəni qoruya bilməyəcəklərini bildirərək əlavə edib: “Yəni gömrük rüsumlarını ləğv etsəniz, üçüncü dünya ölkəsinə çevrilə bilərik. Buna görə sürətli qərar istəyirik.”
O həmçinin xəbərdarlıq edib ki, əgər bu qərar onların əleyhinə çıxsa, ABŞ yüz milyardlarla dollar gömrük rüsumunu geri ödəmək məcburiyyətində qala bilər: “Bunun hüquqi baxımdan baş verəcəyini təsəvvür belə edə bilmirəm.”
Nyu-Yorkdakı ABŞ Beynəlxalq Ticarət Məhkəməsi may ayında Trampın digər ölkələrə tətbiq etdiyi tariflərdə qanuni səlahiyyətini aşdığına hökm verərək, həmin rüsumların tətbiqini dayandırmışdı.
Qərarda, Konstitusiyanın ticarəti tənzimləmə və vergi qoyma səlahiyyətini yalnız Konqresə verdiyi qeyd olunmuşdu.
ABŞ administrasiyası qərara etiraz etmiş, apellyasiya prosesində isə hökmün icrası müvəqqəti olaraq dayandırılmışdı.
Keçən həftə ABŞ Federal Apellyasiya Məhkəməsi də Trampın qlobal gömrük rüsumlarının çoxunu qanunsuz hesab etmişdi.
Lakin məhkəmə, bu qərarın gömrük rüsumlarını dərhal ləğv edən hissəsini rədd edərək, ehtimal olunan Ali Məhkəmə müraciətini nəzərə alıb rüsumların 14 oktyabra qədər qüvvədə qalmasına icazə vermişdi.