
FED gözləntiləri
Sentyabrda faiz endirimi və bazar reaksiyaları
Sentyabrda faiz endirimi və bazar reaksiyaları
“İstanbul” birjasının qiymətli metal bazarında hərəkətlilik
Maliyyə iştirakçıları mərkəzi bankların siyasətini izləyir
ABŞ Prezidenti qızılda nöqtəni qoydu
Avropa Birliyi Mərkəzi Bankı “euro” banknotlarının dizaynını yeniləyir
FED isə “Jackson Hole” simpoziumuna fokuslanıb
100 dolları aşan qiymət fərqi 60-a düşdü
Qiymətli metal sentyabrda faiz endirimi gözləntiləri fonunda mövqeyini qoruyur
Dərinləşən iqtisadi böhran fonunda Tehran yeni monetar islahata hazırlaşır
ABŞ-dakı zəif məşğulluq göstəriciləri fonunda qiymətlər sabitləşdi
FED-in faiz siyasəti, zəifləyən dollar və mərkəzi bankların alışları qiymətləri yüksəldə bilər
AB-AB tarifə razılaşması və FED qərarı öncəsi qiymətlər sabitləşdi
Tarif danışıqlarındakı irəliləyişlər qiymətlərə təsir edir
Ticarət razılaşması sonrası qiymətli metalın qiymətində azalma yaşadı
Trampın tarif siqnalları fonunda ehtiyatlı ticarət
Qərb birjalarından qovulan Moskvanın yeganə çıxışı Pekin bazarıdır
Son dərəcə varlı insanların sayı artır və onların istəklərinin yerinə yetirilməsi üçün bütöv sənayelər yaranır. Lakin geniş sərvət əldə edən adamlar haradadırlar və biz onlar haqqında nə bilirik?
Meqa-varlıların adlarının, saylarının və ehtiyaclarının təhlil edilməsi üçün şirkətlər və internet saytları qurulur. İstəsəniz, bu gün kimin ən varlı olmasını (bu həmişə kişilərdir) daim yenilənən saytlardan tapa bilərsiniz.
Beləliklə, varlılar və onların yüksəlişini təmin edən aləm haqqında bütün bu təhlillər barədə nə deyə bilərik?
Wealth Insight araşdırma şirkətinin apardığı illik Knight Frank «Valıların Hesabatı»na görə, milyarderlərin sayı 2023-cü ilədək olan onillikdə 38 faiz artacaq və onların sayı 2315-ə çatacaq.
Milyarderlərin təxmini sayı o qədər də çox olmaya bilər, lakin hesabat 30 milyon dollar sərvəti olanların sayının artacağını proqnozlaşdırır. Bəzən «İfrat Yüksək Şəbəkəyə daxil Varlı Fərdlər» (Ultra High Net Worth Individuals) qrupu kimi tanınan bu insanların sayı 28 faiz artaraq 2023-cü ilədək 215 min nəfərə çatmalıdır.
Superzənginlərin dünyanın bütün regionlarında artacağı gözlənilir, lakin qarşıdan gələn onillikdə onlar inkişaf etməkdə olan iqtisadiyyatlarda daha çox artacaqlar.
Araşdırmaya görə, milyarderlərin əksəriyyəti Asiyadan olacaq və bu region Şimali Amerikadan və Avropadan irəli keçəcək. Lakin bunu da nəzərə almaq lazımdır ki, davam edən inflyasiya şəraitində 10 ildən sonrakı milyard dollar bugünkü milyard dollardan «ucuz» olacaq.
Əgər vəziyyətə ölkəbəölkə baxsaq, ABŞ 2023-cü ildə də ən çox milyarderin yaşadığı ölkə kimi qalacaq, lakin Çin, Rusiya və Hindistan yüksək artım yarışında olacaqlar.
Araşdırmanın maraqlı tapıntılarından biri də budur ki, necə deyərlər, özü multi-milyonçu olanların sayı, sərvətini irsi olaraq qəbul etmiş zənginlərdən iki dəfə çoxdur.
Ona görə də, özü milyonçu olanların qarşısında dilemma dayanacaq: sərvətlərini övladlarına ötürsünlər və ya onun böyük hissəsini xeyriyyəyə yönəltsinlər?
ABŞ-dan Çinə 20 il əvvəl köçmüş Edward Zhu deyir ki, istedadlı adamlar sıfırdan başlamalıdırlar və o, öz övladları üçün də bunu arzulayır.
Sərvəti 30 milyon dollardan çox olan varlıların cinsi tərkibinə gəlincə, hər on zəngindən 9-u kişidir.
Və sonda təəccüblü görünməyəcək bir tapıntı da var: İfrat zənginlər özlərinə həyat yoldaşını asanlıqla tapırlar. Bu halda adətən, həm kişilərin, həm də qadınların ömürlük davam edəcək bağları təmin edilmiş olur.