Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
13:00 | 1 iyul 2014 | Çərşənbə axşamı
Məqaləyə 1229 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Ukrayna prezidenti Petro Poroşenko şərqdə separatçılarla birtərəfli atəşkəsə son qoyub: «Biz hücum edib, torpaqlarımızı azad edəcəyik», - o deyib. Poroşenko bildirib ki, rusyönümlü separatçılar «cinayətkar fəaliyyətlərinə» görə atəşkəs şanslarını artıq itiriblər. Məlumatı «BBC» yayıb.
Qeyd edək ki, Ukrayna hakimiyyəti və separatçılar arasında 10 günlük atəşkəsin müddəti bazar ertəsi sona çatıb. Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edib. «İnterfaks-Ukrayna» xəbər agentliyinə görə, rusyönümlü separatçılar Ukrayna qüvvələrinin Kramatorsk şəhəri yaxınlığında atəşkəsi davam etdirdiklərini bildiriblər.
«Biz atəşkəsi terroristlərə, qiyamçılara və soyğunçulara cavab olaraq dayandırmışıq», - Poroşenko deyib.
Silahlı rusyönümlü qiyamçılar şəhər və qəsəbələrdə əsas binaları ələ keçirir, Kiyev hakimiyyətindən boyun qaçırırlar. Separatçıların liderləri Donetsk və Luqanskda öz müstəqilliklərini elan ediblər. Buna baxmayaraq, Ukrayna hərbi qüvvələri bəzi bölgələrdə üsyançıları susdura bilib.
Avropa liderləri və ABŞ Rusiyanı öz nüfuzundan istifadə edərək zorakılığa son qoymağa çağırıblar. Əks təqdirdə, liderlər Rusiya rəsmiləri və şirkətlərinə yeni sanksiyalar tətbiq olunacağını bildiriblər.
İyunun 30-da Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Petro Poroşenko arasında dördtərəfli danışıqlar aparılıb. Danışıqlardan sonra Fransa prezidenti bildirib ki, Rusiya və Ukrayna liderləri «Ukrayna hökuməti və separatçılar arasında ikitərəfli atəşkəs əldə etmək məqsədilə» əməkdaşlıq etməyə razılaşıblar. Onun bu sözləri atəşkəsin davam etdiriləcəyinə ümidləri artırıb.
Putin də əvvəllər atəşkəsin müddətinin uzadılmasının əhəmiyyətini vurğulamışdı. Həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) sülhün müşahidəsində «fəal rol» oynamağa çağırmışdı. ATƏT isə bu yaxınlarda Ukraynanın şərqində müşahidə əməliyyatlarını azaltdığını və bura artıq nümayəndə göndərmədiyini bildirib.