Rusiya PUA-sı Avropanın sərhədini aşdı
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
19:10 | 1 iyul 2014 | Çərşənbə axşamı
Məqaləyə 1401 dəfə baxılıb
Şriftin ölçüsü
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Estoniyada səfərdə olan Finlandiyanın yeni seçilmiş baş naziri Aleksander Stubb (Alexander Stubb) bildirib ki, onun hökumətə başçılığı dövründə Finlandiya NATO-ya qoşulmaq haqda müraciət etməyəcək.
Estoniyalı həmkarı Taavi Roivas ilə iyunun 30-da keçirilən birgə mətbuat konfransında çıxış edən Stubb qeyd edib ki, Estoniyanın alyansa üzvlüyü Baltik dənizi regionunda təhlükəsizliyi gücləndirib, ancaq Finlandiyanın yaxın zamanda NATO-ya üzv olması planlaşdırılmır. Bu barədə Estoniya rəsmi mənbələri və Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, bu, yeni seçilmiş baş nazirin ilk xarici səfəridir.
İki ölkə lideri ikitərəfli münasibətlərini və Avropa İttifaqında gedən prosesləri müzakirə ediblər. Həmçinin regional təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq mövzuları da gündəmdə yer alıb.
Baş nazirlər hər iki ölkənin Baltik dənizində birləşdirici qaz borusunun inşasına davam etməsinin vacibliyini vurğulayıblar və Avropa Komissiyasının da layihəni dəstəkləyəcəyinə dair ümidlərini səsləndiriblər.