vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 3 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BANK, BİRJA, SIĞORTA  
Azərbaycanın məşhur bankında sistem çökdü 14:15 | 2 iyul 2014 | Çərşənbə Məqaləyə 1828 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanın məşhur bankında sistem çökdü

Bütün filiallarında iş dayanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Beynəlxalq Bankınnın fəaliyyəti dünəndən etibarən dayanıb. Bu barədə ANS PRESS-in «qaynar xətti»nə məlumatlar verilir.


Fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub. Bankın məlumat bürosundan bildirilib ki, dünən texniki dəstək göstərilərək sistemi bərpa etmək mümkün olsa da saat 17:30-dan sonra yenidən problem yaranıb. Hazırda Beynəlxalq Bankın bütün filiallarında iş dayanıb: «İT xidməti problemi aradan qaldırmağa çalışır. Təxminən 1,2 saat ərzində problem həll olunacaq»,- deyə bürodan bildirilib.

Məlumata görə, işçilər filiallardan çıxarılıb və sistemə müdaxilə olunur. Şahidlər bildirib ki, hazırda bankın sistemində yaranan nöqsanların həlli üçün İT xidməti fəaliyyət göstərir.