Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:37 | 5 iyul 2014 | Şənbə
Məqaləyə 1972 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna prezidenti Poroşenko yeni müdafiə naziri və silahlı qüvvələrin baş qərargah rəisini təyin edib. Prezidentin məqsədi rusyönümlü separatçılara qarşı hərbi əməliyyatları gücləndirməkdir. Məlumatı «Deutsche Welle» yayıb.
İyulun 3-də parlament prezident Poroşenkonun silahlı qüvvələrdə vəzifə dəyişikliyini təsdiqləyib. Ukrayna lideri general-polkovnik Valeri Heleteyi Mixayil Kovalın yerinə müdafiə naziri təyin edib. General-leytenant Viktor Mujenko isə silahlı qüvvələrin baş qərargah rəisi olub.
Bundan əlavə, ötən ay vəzifəyə gəlmiş Poroşenko hökumətin ölkənin şərqində qiyamlara son qoymaq üçün silahlı qüvvələri dəstəkləməməsini qınayıb. O həmçinin «oğru və quldur dəstələrini təmizləyəcəyinə» söz verib. Kiyevin separatçılara qarşı hərbi hücumları artırdığı bir vaxtda korrupsiya ittihamları da artıb.
Aİ, ABŞ və Ukrayna hesab edir ki, Rusiya Şərqi Ukraynada separatçılara maliyyə və maddi-texniki yardım göstərir. 12 həftədir ki, davam edən münaqişədə 440-dan çox adam ölüb, minlərlə insan isə köçkün düşüb.
Atəşkəsin şərtləri müəyyənləşdirilməlidir
İyulun 3-də Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıblar. Liderlər separatçılarla Kiyev arasında atəşkəs şərtlərinin müəyyənləşdirilməsi məqsədilə iyul ayının 5-dək «əlaqə qrupu»nun yaradılması üçün Putindən kömək istəyiblər.
«Onlar prezident Putindən tələb ediblər ki, separatçılara təsir göstərsin və Ukrayna hökuməti ilə razılığa gəlmək üçün onları danışıqlar masasına gətirsin», - Fransa hökumətinin bəyanatında bildirilir.
Kreml isə cavabında bildirib ki, Putin vətəndaşların ölümünün artmasından və «Cənub-şərqi Ukraynadan Rusiyaya gələn qaçqınların sayının kəskin artmasından» ciddi narahatdır.
Qiyamçılar yalnız Moskva və beynəlxalq müşahidəçilərin iştirakı ilə Kiyevlə birbaşa danışıqlarda iştirak edəcəyini bildirib. «Rusiya və ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) bizə təklif edərsə, onda məsləhətləşmələrdə iştirak edə bilərik», - özünü müstəqil elan edən Donetsk Xalq Respublikasının baş naziri Andrey Purqun «Frans-Press» xəbər agentliyinə bildirib.
Mübarizə davam edib
Beynəlxalq diplomatik nümayəndələrin yeni atəşkəs təklifinə baxmayaraq, Şərqi Ukraynada hökumət qüvvələri və qiyamçılar arasında mübarizə yenidən alovlanıb. İyulun 3-də qiyamçılar Ukrayna-Rusiya arasındakı strateji əhəmiyyətli Doljanski sərhəd məntəqəsinə atəş açıblar. Nəticədə, 9 Ukrayna sərhəd mühafizəçisi yaralanıb.
Ukraynanın Müdafiə Nazirliyi bildirib ki, hökumət qüvvələri «terrorçuları» daşıyan 5 nəqliyyat vasitəsini məhv edib. Ötən 24 saat ərzində qiyamçılar hökumətin məntəqələrinə 16-dan çox hücum ediblər.
Xatırladaq ki, 1 həftəlik atəşkəs bazar ertəsinə qədər uzadıldıqdan sonra Poroşenko atəşkəsə son qoydu. Prezident sülh danışıqlarına başlamaq üçün separatçıları gözləmək fikrindən əl çəkdi.