Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:56 | 5 iyul 2014 | Şənbə
Məqaləyə 1433 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukraynanın şərqində son aylar separatçı-terrorçu qruplaşmaların əsas dayaq nöqtəsinə çevrilmiş və «alınmaz qala» adlandırılan Donetsk vilayətinin Slayvansk şəhəri nəhayət ki, azad edilib. Bu gün səhər yerli sakinlər sosial şəbəkələrdə bu haqda xəbərlər paylaşıblar.
Ukrayna ordusunun Slavyansk ətrafındakı bütün strateji nöqtələri ələ keçirməsi və son olaraq şəhərə bitişik Nikolayevka qəsəbəsini ağır döyüşlərdən sonra azad etməsindən sonra separatçılar və Rusiyadan gəlmiş muzdlular Slavyansk şəhərini tərk etməyə qərar veriblər. Onlar iyulun 5-nə keçən gecə Slavyanskdan çıxaraq Kramatorsk şəhəri istiqamətində Ukrayna ordusu və Milli Qvardiyasının mühasirəsini yarıblar. Bu zaman Ukrayna artilleriyası və aviasiyası onlara zərbələr endirib.
Donetskdə fəaliyyət göstərən «OstroV» saytının baş redaktoru Sergey Qarmaş «Twitter» səhifəsində bütün silahlıların Slavyansk şəhərini tərk etdiyini yazıb: «Blok-postlar boşdur. Şəhər milis idarəsi boşdur. Bütün girovlar qaçıb».
Şahidlərin sözlərinə görə, terrorçuların ələ keçirdiyi milis idarəsində saxlanılan girovlar gecə hər hansı mühafizənin olmadığını görüblər, lakin qorxduqları üçün səhərə qədər gözləməyə qərar veriblər. Səhər açılan kimi isə qaçıblar.
Slavyansk sakini Pyotr Dudnik də əvvəl silahlı separatçıların qaldığı kilsənin boş olduğunu yazıb: «Bizim kilsədə hərbi formada bir nəfər də qalmayıb».
Ukraynanın daxili işlər naziri Arsen Avakov da son durumla bağlı açıqlama verib. O bildirib ki, Slavyanskdakı silahlıların lideri, «Donetsk Xalq Respublikası»nın «müdafiə naziri», Rusiya vətəndaşı, «Strelkov» ləqəbli İqor Qirkin qaçıb: «Səhər kəşfiyyat məlumat verdi ki, Qirkin və silahlıların böyük hissəsi Slavyanskdan qaçıb. Onlar Qorlovka istiqamətində hərəkət edirlər və yol boyu onları bizim qüvvələrimiz «qarşılayır». Terrorçular itki verir və təslim olurlar».
Qeyd edək ki, 120 min nəfər əhalisi olan Slavyansk şəhəri Ukraynanın şərqində separatçıların ələ keçirdiyi ilk şəhərlərdən biri olub. Şəhər aprelin 12-dən bəri separatçıların nəzarətində idi və hətta «ikinci Stalinqrad» adlandırılırdı. (APA)