Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
14:07 | 5 iyul 2014 | Şənbə
Məqaləyə 1442 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Prezident Petr Poroşenko Baş qərargah rəisi Viktor Mujenkoya separatçılardan geri alınan Slavyansk şəhərinin əsas dövlət qurumlarının binası üzərində Ukraynanın Dövlət Bayrağının qaldırılması tapşırığını verib.
Vaxt.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petr Poroşenko öz «facebook» səhifəsində yazıb.
Məlumatda bildirilib ki, Baş qərargah rəisi Viktor Mujenko Slavyanskın separatçılardan geri alınmasına dair xəbəri prezidentə məruzə etdikdən sonra P. Poroşenko ona belə əmr verib.
Xəbərdə o da qeyd olunub ki, hazırda Slavyanskda Ukrayna Silahlı Qüvvələrinin bölmələri kəşfiyyat-təmizləmə əməliyyatını həyata keçirir: «Yerli sakinlər terrorçulardan qalan silahlar haqda hərbçiləri məlumatlandırır, yaxudda gətirərək, təhvil verirlər».
Xatırladaq ki, Ukraynanın şərqində son aylar separatçı-terrorçu qruplaşmaların əsas dayaq nöqtəsinə çevrilmiş və «alınmaz qala» adlandırılan Donetsk vilayətinin Slayvansk şəhəri nəhayət ki, azad edilib. Ukrayna ordusunun Slavyansk ətrafındakı bütün strateji nöqtələri ələ keçirməsi və son olaraq şəhərə bitişik Nikolayevka qəsəbəsini ağır döyüşlərdən sonra azad etməsindən sonra separatçılar və Rusiyadan gəlmiş muzdlular Slavyansk şəhərini tərk etməyə qərar veriblər. Onlar iyulun 5-nə keçən gecə Slavyanskdan çıxaraq Kramatorsk şəhəri istiqamətində Ukrayna ordusu və Milli Qvardiyasının mühasirəsini yarıblar.
Ukraynanın daxili işlər naziri Arsen Avakov da son durumla bağlı açıqlama verib. O bildirib ki, Slavyanskdakı silahlıların lideri, «Donetsk Xalq Respublikası»nın «müdafiə naziri», Rusiya vətəndaşı, «Strelkov» ləqəbli İqor Qirkin qaçıb.
Qeyd edək ki, 120 min nəfər əhalisi olan Slavyansk şəhəri aprelin 12-dən bəri separatçıların nəzarətində idi.