Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:52 | 6 avqust 2014 | Çərşənbə
Məqaləyə 2387 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Böyük Britaniya Rusiyaya qarşı siyahısına səkkiz yeni ad əlavə etdi
Hər şey mobil telefondan elektron cihazlara qədər bu mədənə bağlıdır
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
Britaniyanın keçmiş baş naziri Toni Bleyer öz əlaqələrindən dünyanı dəyişmək və ... varlanmaq üçün istifadə edir. Virtualaz.org saytı xəbər verir ki, bu barədə «New York Times» qəzetində dərc edilmiş məqalədə bildirilir.
Toni Bleyer bu günlərdə Azərbaycanda qaz işinə girib. Xatırladaq ki, keçmiş baş nazir Azərbaycan qazının Avropaya nəqli layihəsində məsləhətçi təyin olunub.
Qəzet yazır ki, 2007-ci ildə baş nazirlikdən gedəndən az sonra London otelində T.Bleyer Ruanda prezidenti Paul Kaqame ilə görüşürdü. T.Bleyer Ruandaya maliyyə və idarəçilikdə Qərb ekspertlərinin köməyini təklif edirdi. Özü də bu, xeyriyyəçilik layihəsi idi.
Ancaq T.Bleyerin Ruanda işinə P.Kaqamenin imici kölgə saldı. P.Kaqame hətta bir dəfə ofis pərdələrini yaxşı seçmədiyinə görə iki işçisini döydürüb.
T.Bleyerlə birlikdə Ruanda layihəsini reallaşdıran keçmiş yerli hökumət rəsmisi Himbara deyir: «Bleyer öz xeyriyyəçiliyi ilə yaxşı iş gördü. Ancaq sizin yaxşı iş gördüyünüz dövlət kriminal dövlətdirsə, onda sizin yaxşı işiniz nəyə çevrilir?»
Daha sonra Bleyer digər 6 Afrika dövlətində özünün Afrika İdarəçilik Təşəbbüsünü reallaşdırmağa başladı. O, diqqətini kasıblıqla mübarizədə və infrastrukturda cəmləmişdi.
Bundan sonra keçmiş baş nazir Yaxın Şərqdə böyük diplomatik rol oynamağa başladı. O, «4-lüy»ün - ABŞ, BMT, Rusiya və Avropa Birliyinin təmsilçisi idi.
T.Bleyer »Tony Blair Associates» adlı məsləhət şirkəti yaradıb. Bu şirkətlə bağlı keçmiş baş nazirə iradlar o idi ki, şirkətin müştəriləri arasında ziddiyyətli monarxlar və avtokratlar da var. Bunlardan biri Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir.
Keçən il T.Bleyer Qvineyada 5 milyard dollarlıq inkişaf və investisiya layihəsini elan etdi. Bu layihə Əbu Dabinin «Mubadala» inkişaf şirkətinindir. Hətta Misir prezidenti Abdel Fəttah əl-Sisi «Həmas»la İsrail arasında uğursuz vasitəçilik təşəbbüsü irəli sürəndə bu təşəbbüsü reallaşdıran T.Bleyer idi.
T.Bleyerin gördüyü işlərin siyahısını uzatmaq olar. Qəzet yazır ki, Britaniyada ən populyar sual budur: Bleyerin görəsən nə qədər pulu var?
Britaniya mediası güman edir ki, 170 milyon dollar. Ancaq keçmiş baş nazir bunu şişirdilmiş sayır. Qəzet bununla bağlı yazır ki, Bleyer məsləhətçi olduğu 3 maliyyə şirkətindən ildə 3 dəfə pul alır. Bunlar ümumilikdə 7 milyon dollardır. Onun işçilərindən biri deyir ki, Bleyer xeyriyyə işlərindən heç vaxt pul almır. Onun müxtəlif şirkətlərinin ümumi dəyəri 12 milyon dollardır. Onun şirkətlərində 200 adam işləyir.
T.Bleyer son illər daşınmaz əmlak kolleksiyası yığır. O, son 10 ildə 9 ev və mənzil alıb. Bunların ümumi dəyəri 28 milyon dollardır.
Keçmiş baş nazir öz işi və pulları haqda deyir: «Mən varlılar siyahısına qoşulmaq ərəfəsindəyəm. Ancaq mənim bunu etmək istəyim yoxdur. Çünki mən gördüyüm işləri buna görə görmürəm».