Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
16:08 | 31 avqust 2014 | Bazar
Məqaləyə 1863 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
«Ermənistan iqtisadiyyatı böyük neqativ gözləntilər zolağına daxil olub». Bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyada rus dilində çıxan «Nuhun gəmisi» qəzetinə müsahibəsində deyib.
Köçəryan bildirib ki, Ermənistan iqtisadiyyatının indiki vəziyyəti və gələcək perspektivləri haqda optimist düşünməyə onun nə daxili, nə də xarici əsasları yoxdur: «Əksinə, son vaxtlar qlobal iqtisadiyyata yeni təhlükələr çıxıb. Qərbin və Rusiyanın qarşılıqlı sanksiyaları dünya iqtisadiyyatına necə təsir edəcək, buna Rusiya iqtisadiyyatı necə reaksiya verəcək, bütün bunlar nə qədər davam edəcək - bunların təsirini hələ qiymətləndirmək lazımdır. Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmağı onun İran və Gürcüstanla ticarətinə necə təsir edəcək? Bu da məlum deyil».
Köçəryan «bəs nə etmək lazımdır» sualına cavabında deyib ki. iqtisadiyyatı sağlamlaşdırmaq lazımdır.
Öz hakimiyyəti dövründə oliqarxları görünməmiş dərəcədə gücləndirən Köçəryan indi deyir ki, iqtisadiyyatı monopoliyalardan azad etmək, nüfuzlu məmurların və qohumlarının iştahasının qabağını kəsmək lazımdır: «Bunsuz mümkün deyil. Cəmiyyətə aydın siqnal vermək lazımdır ki, işgüzarlıq arzuolunandır və dəstəklənəcək. Şəxsi maraqları bir neçə illiyə arxa plana keçirmək lazımdır, bu maraqları unutsalar, lap yaxşıdır».
Eks-prezidentin orijinal təklifləri də var: «İş həftəsini də çoxsaylı «mereloslarla» deformasiya etməyə son qoyulmalıdır» («merelos» – azərbaycanlılarda cümə axşamları kimidir, ancaq ermənilərdə bazar ertəsinə düşür və həmin gün ölənlərin xatirəsi yad olunur - red.) .
Köçəryanın daha bir orijinal təklifi budur: «Avqustda səhər 6-da gün çıxır, iş isə saat 9-da başlanır. Bu da anormaldır».
Köçəryanın fikrincə, bu iş rejimini «ölkəyə sırıyıblar və bu, tormozlayıcı rejimdir, sürətləndirici yox». («Azadlıq» radiosu)