
İraqı qum fırtınası vurdu
4 nəfər ölüb, 3 nəfər yaralanıb
4 nəfər ölüb, 3 nəfər yaralanıb
Dünənki müttəfiqlər arasında gizli döyüş – İran və İraq seçkiləri
Mario Varqas Llosanın Bağdad təəssüratları
İran tabeliyindəki terrorçulara sərbəst şəkildə davranmaq səlahiyyəti verib
ABŞ qüvvələrinin ölkədən çıxmağına az qalmış Bağdadın təhlükəsizlik narahatlıqları artıb
Səudiyyə Ərəbistanının 100 milyonluq serialı Misirdə və İraqda qadağan edilib
“Alternativ olmasa, yəqin ki, çətin yay olacaq”
İŞİD yaraqlısı Məhəmməd Şərifullah ABŞ-da mühakimə olunur
“İran İraq və Suriyada yüksək bədəl ödədi”
Dövlət katibi Rubio və İraqın baş nazirinin görüşündə nələr müzakirə olunub?
ABŞ ordusu Somalidə terrorçuların mağarasını bombaladı
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
İran prezidenti İraqın müqəddəs şəhərlərini də ziyarət edəcək
Rəsmi Bağdad müddətin uzatılmasını rədd etdi
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
BMT-dən bildiriblər ki, təxminən 900 insan Mosul şəhərini tərk edərək Suriyaya gedib. Bu, İraq hökumətinin Mosulu özünü Iraq Şam İslam Dövləti İŞİD adlandıran qrupdan geri almaq üçün əməliyyata başladıqdan bəri əhalinin hərəkəti barədə ilk məlumatdır.
Hazırda Mosulda 1.5 milyon əhalinin qaldığı və 5000-ə yaxın döyüşçünün olduğu güman edilir.
Həmçinin ABŞ bildirib ki, İraq ordusu Mosula yaxınlaşdıqca qiyamçıların insanları sipər kimi istifadə edəcəyi barədə qorxular var.
Vaşinqtonda jurnalistlərin İŞİD-in dinc əhalini canlı qalxan kimi istifadə edib-etməməsi barədə suallarına Pentaqonun sözçüsü Hərbi Dəniz Qüvvələrinin kapitanı Cef Davis «tamamilə» deyə cavab verib.
Şəhərdəki sakinlərlə telefon əlaqəsi saxlayan «Reuters» xəbər agentliyi bildirir ki, İD şəhərdən qaçan insanların qarşısını alıb və onların bəzilərini havadan zərbələr endirilən binaların istiqamətində göndərib.
BMT Mosuldan kənarda yeni qaçqın düşərgələri yaratmağa çalışır.
Yaxınlıqdakı Qaraqoş şəhərinin azad olması barədə xəbərləri isə sonradan hökumət komandiri təkzib edib.
Ancaq ABŞ-ın dəstəklədiyi koalisiya bildirir ki, onlar 10 kəndi İŞİD qruplaşmasından azad ediblər.
Bazar ertəsi başlayan ikitərəfli hücumda hökumət qoşunları cənubdan gedir, onların kürd müttəfiqləri şərqdən hərəkət edir.
İraq üçün BMT-nin humanitar koordinatoru Liz Qrand deyib ki, təşkilat əməliyyatın birinci günü və ya həftəsi azı 200 min nəfərin sığınacaq tələb edə biləcəyi ehtimalını nəzərdən keçirib.
İraq quru qoşunlarının komandiri Riad Cəlal Tavfiq təsdiq edib ki, onlar hələ də Qaraqoşu mühasirədə saxlayırlar.
Bir müddət əvvəl şəhərin azad olunması barədə yayılmış məlumata kürd regional paytaxtı İrbilə gəlmiş iraqlı xristianlar arasında ani sevincə səbəb olub.
Müharibədən əvvəl, Mosuldan 32 km məsafədə yerləşən Qaraqoş İraqın ən iri xristian şəhəri idi.
İraqın ikinci böyük şəhəri Mosul 2014-cü ilin iyun ayından İŞİD-in nəzarəti altında idi.
BMT ərazidə yaşayan 1,2 milyon insanın təhlükəsizliyinə görə son dərəcə narahatlığını ifadə edib.
Mosul İraqda İD qrupunun sonuncu əsas dayağıdır. Rəsmilər bildirirlər ki, şəhərin itirilməsi İŞİD-in ölkədə məğlubiyyəti deməkdir.
Məhz Mosulda İD lideri Əbu Bəkr əl-Bağdadi qrupun İraq və Suriyadakı nəzarət etdiyi ərazilərdə şəriət qanunları ilə idarə olunan xilafətin yaradılmasını elan edib.
Hazırda Mosulda nə qədər sakinin yaşadığı barədə qəti rəqəmlər olmasa da məlumat var ki, iki il əvvəl - İŞİD şəhəri ələ keçirən zaman orada iki milyondan artıq insan yaşayıb.
İraq Silahlı Qüvvələri bazar ertəsi səhər saatlarında Mosul şəhərini İŞİD terrorçularından azad etmək üçün əməliyyata başlayıb. (BBC)