
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qərbi Azərbaycan vilayəti məktəblərinin sabiq müəllimi və türk fəal Cavad Abbasi Amerikanın Səsi ilə söhbətdə son vaxtlar türk dilində təhsil məsələsinin geniş şəkildə gündəmdə olması ilə əlaqədar şərhlərini paylaşıb. O, millət vəkillərinin türk dilində dərsliklərin hazırlanması tələbi ilə prezident Ruhaniyə müraciətlərini, eləcə də Qərbi Azərbaycan vilayətində «İstanbul türkcəsinin təhsil sistemində ciddi problem yaratdığına» dair İran rəsmilərinin iddiasını dəyərləndirib.
Türk dilinin tədrisi tələbinin millət vəkillərinin gündəmində olması və İran Parlamentində səsləndirilməsini farslaşdırma siyasətinin məğlubiyyətə uğradığının əlaməti kimi dəyərləndirən Cavad Abbasi İran rəsmiləri, o cümlədən prezident Həsən Ruhaninin bu mövzu ilə bağlı açıqlamalarında səmimi olmadığını vurğulayır.
«Milli fəallar olaraq ayıq olmalıyıq. Çünki siyasi alverçilər meydandadırlar. Bunlar öz hədəflərinə çatmaq üçün hər oyuna baş vururlar... Misal üçün, dərsliklərin hazırlanması məsələsində, Təbriz şivəsi, Ərdəbil ləhcəsini ortaya atırlar. Bu bir təhdid və oyundur. Bizim meyar dilimiz türk dilidir», deyə o söyləyir.
Abbasi əlavə edir, «bunlar bir gün deyirlər Azərbaycan dili, bir gün deyirlər Azəri. Hərdən bir uydurma... Burada səmimiyyətsizlik var. Yoxsa bunlar yaxşı bilir bu dilin adı türkcə və bu millətin adı türk millətidir».
Bu yaxınlarda İran xəbər agentlikləri Qərbi Azərbaycan vilayətində yeni məktəbə gedən uşaqların bir çoxunun farsca bilmədiklərini, amma «İstanbul Türkcəsinə» hakim olduqlarına dair xəbər yayıblar. Bu məlumata görə, vilayətin Təhsil İdarəsi sədri bu məsələnin təhsil sistemində ciddi problemlərə yol açdığını irəli sürüb.
ABŞ-da mühacirətdə yaşayan müəllim bunun əksini düşündüyünü ifadə edir. Onun fikrincə, İran Azərbaycanında yaşayan türk uşaqları Türkiyə və Azərbaycan Respublikası telekanallarının yayımladığı türkcə proqramlardan müsbət mənada yararlanırlar.
O deyir ki, «nədən türk uşaqları Türkiyə ya Quzey Azərbaycan televiziyasını rahat izləyirlər? Bunun çox sadə cavabı var. Çünki, bunların yaydığı proqramlar türk dilindədir və uşaqların böyüdüyü adət-ənənələr və yaşayış tərzi, keçmişi, ədəbiyyatı və duyğuları ilə üst-üstə düşür. Nədən İran televiziyasını izləmirlər. Çünki, o proqramlarda harada aşağılayıcı rollar varsa türklərə verilir...»
O, «İstanbul türkcəsi»nin İran Azərbaycanın təhsil sistemində problem yaratdığına dair ifadələrin siyasi məqsədlərlə ortaya atıldığını deyir:
«İran hakimiyyəti xaricdən gələn hər səsi kəsmək istəyir. Bunu təhdid kimi görür. Xüsusilə Güney Azərbaycan və İranda yaşayan türklərin digər türk soydaşları ilə əlaqədə olmalarını istəmir... Bunların qorxusu farslaşdırma layihəsinin artıq yürüməməsidir».