Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
13:25 | 31 oktyabr 2016 | Bazar ertəsi
Məqaləyə 1130 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
Donald Trampın müsəlmanlara qarşı çıxış etdiyinə baxmayaraq Ərdoğan rejimi və onun KİV-nin ona vurğunluğunun səbəbi təkcə onu rəqibi Hillari Klintonun ayağına yazılan «gülənizm» deyil. Rejim KİV-nin müəyyən müddət ərzində Trampa «ilişməməsi», əlbəttə, bununla bağlıydı ki, Hillari İŞİD-ə qarşı mübarizədə «kürdlərin silahlandırılması»ndan danışırdı… Bu iki amilə baxmayaraq, düşünmürəm ki, KİV bəsit «zəif şər» məntiqini rəhbər tutmaqla Trampa üstünlük verir. Onların Trampı utancaq şəkildə qəbul etməsində, bəlkə də, zaman-zaman apardığı və dərinləşdirdiyi birbaşa müşahidələr rol oynayıb.
Analitiklərin əksəriyyətinin iddia etdiyi kimi, Tramp daxilə yönəlmiş antibeynəlmiləlçidir… O bununla bağlı NATO və Transatlantik əməkdaşlığına şəkklə yanaşır. Ankara rejiminin respublikaçıların namizədinə üstünlük verməsinə bu amillər də səbəb ola bilərdi. Tramp seçiləcəyi halda ABŞ-ı daha sakit və qismən az müdaxilə yönlü xarici siyasət tərəfinə yönəldərdi. Bu durum isə həm daxili, həm də xarici siyasətdə Ankaradakı baş şəxsə əl verərdi…
Bütün bunlardan savayı, hakim rejimimiz zaman keçdikcə Trampa qarşı mülayimləşə bilərdi və bunu da normal qəbul etmək lazım gələrdi. Nəhayət, Tramp və bizim prezident sanki eyni mayadan yoğrulub. Hər ikisi dayanıqlı düzənə meydan oxumaqla siyasi aktivlər qazanıb.
Hər ikisi populist idi. Onlar guya viktimizasiya (qurbana çevrilmək prosesi və yaxud son nəticəsi-tərc.) hissinin bürüdüyü xalq kütlələrinin dəstəyini qazanmaqla elitalara qarşı savaşa başladılar.
Onların hər ikisinə avtoritar tendensiyalar xas idi. Tramp Putinə sevgisini gizlətrmirdi. Ərdoğan da. Bir qayda kimi, avtoritar liderlər bir-biriylə yaxşı dil tapır. Hakimiyyət bölgüsü Trampa məmnunluq gətirmir, Ərdoğan isə bütün hakimiyyəti artıq çoxdan öz əlində cəmləşdirib.
Hər ikisi mətbuat azadlığına nifrət edirdi. Tramp 2008-ci ildə bizdə olduğu kimi hamının gözü qabağında jurnalistlərə həmlə edir, onları ələ salırdı… Tərəfdarları mətbuat təmsilçilərinə ilişirdilər.
Respublikaçıların namizədi hər münasib şəraitdə «KİV-ə etibar etmək olmaz» deyib jurnalistlərə münasibətdə düşmənçiliyi qızışdırırdı. Bildiyiniz kimi, Ərdoğan əlverişli imkan düşəndə deyir: «Biz qəzetlərin birinci səhifələri ilə mücadilə aparmaqla bura gəlib çıxmışıq».
Tramp prezident olsaydı, ehtimal ki, deyərdi: «Qəzetlərin birinci səhifələri ilə mübarizə apararaq Ağ Evə gəlib çıxmışam»…
Amma o bu cür deməyəcək. Çünki Tramp prezident ola bilməz. Məhz buna görə Trampdan danışarkən keçmiş zamandan istifadə edirdik. Respublikaçılar elektoratının önəmli qisminin Trampın Ağ Evə gəlməyə layiq amerikalı olmadığını anlaması sayəsində Hillari irəlidədir və hər hansı gözlənilməz hadisə baş verməsə, 12 gündən sonra seçkiləri udacaq.
ABŞ-da ayrı-ayrı keçirilmiş on ictimai rəy sorğusunun ortalama nəticəsinə əsasən, Hillari seçicilərin tam 46,4%-i dəstəkləyir. Tramp altı faiz geridə qalır (40,3%). Hillarinin qələbəni zəmanətləşdirdiyi ştatlardakı qələbəsi də prezident seçilmək üçün yetərlidir. Deməli, indi Ərdoğan rejimi və onun KİV-lərinin Trampa münasibəti haqda keçmiş zamanda danışmağın mənası var.
Yaxın gələcəyə boylansaq, görərik: Hillarinin Obamadan daha çox müdaxiləçi siyasət yürüdücəyini güman etməyə ən müxtəlif səbəblər var. Hillarinin Amerikaya güclü beynəlxalq liderlik vəd etməyi buna səbəb ola bilər ki, Suriya, İraq və Rusiya ilə bağlı Ankara-Vaşinqton münasibətlərindəki problemlər daha da ağırlaşa bilər. Ehtimal ki, Ankara 2017-ci ilin yanvarından sonra bu cür alternativlə üzləşəcək: Hillari Klinton administrasiyasi ilə münaqişə və yaxud əməkdaşlıq etmək. Obama dönəmində meydana çıxmış «boz zona» və ya «qızılı orta» isə «münaqişə», yaxud «əməkdaşlıq» alternativləri arasında sona varır. (strateq.az)