Qızıl 4 min dolların altına düşdü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
16:16 | 2 noyabr 2016 | Çərşənbə
Məqaləyə 1165 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Mərkəzi Bankın da hökumətdən tələbləri olmalıdır
Qızılda 12 ilin ən böyük ucuzlaşması
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
“Bloomberg” ən son proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
“ABŞ hökumətinin qapanması” və FED-in qərarsızlığı birjaları narahat edir
Avro Bölgəsində inflyasiya gözləntiləri yüksəldi
Proqnozlar hədəfə yaxın olub
Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?
AMB rəhbərindən FED xəbərdarlığı
Qızıl da 1 faiz bahalaşdı
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatının azalması barədə xəbər yayıb. Məlumatda oktyabr ayı ərzində ölkədə fəaliyyət göstərən kommersiya banklarına təxminən 130 milyon dollara yaxın valyutanın satılması bildirilir. Bu xəbərə iqtisadçı ekspert, Vüqar Bayramlı münasibət bildirib.
«Dollara artan tələb Mərkəzi Bankın valyuta ehtiyatlarının son 1 ayda 4,13 milyard dollardan 4,0 milyard dollaradək azalmasına səbəb olub. Mərkəzi Bankın rezervlərində iyul ayından müşahidə edilən azalma tendensiyası isə davam etməkdədir. 2014-ci ilin iyul ayında 15,19 milyard dollar ehtiyata sahib olan Mərkəzi Bank həmin puldan cəmi 4 milyard dolları saxlaya bilib. Bu arada Dövlət Neft Fondu da valyuta hərraclarında bu ilin oktyabr ayı ərzində 371 milyon dollar satdığını açıqladı. Beləliklə, oktyabrda dollara tələbin artması Neft Fondu ilə yanaşı Mərkəzi Bankı da xərcə salıb.
Mərkəzi Bank bu müddətdə manat bazasının inzibati yollar ilə azaldılması strategiyasını davam etdirsə də bu dollara olan tələbin optimallaşmasına səbəb olmayıb. Belə ki, 2014-ci ildə 11,7 milyard manat pul bazasına sahib idiksə, bu ayın əvvəlinə bu rəqəm 7,45 milyard manatadək azalıb. Nəticədə, dolların manata məzənnəsinin artması fonunda Mərkəzi Bankın «az manat - dollara az tələb» reseptinin reallıqda dərdə çarə olmadığını göstərir. Son dövrlər müflis olan banklara görə 650 milyon manatdan artıq kompensasiya ödəyən Əmanətlərin Sığortalanması Fondu bu vəsaitin yarından çoxunu son 1 ayda «Bank Standard»ın əmanətçilərinə ödəyib.
Nəticədə, dövriyyəyə daxil olan «kompensasiya manatları» dollara tələbi daha da artırıb. Manat isə dollara nisbətən həm rəsmi məzənnədə, həm də bazar kursunda dəyər itirməkdədir. Sentyabrın ortalarında manat möhkəmlənən zaman proqnozlaşdırdığım kimi, dollara tələb artmaqda davam edəcək. Arada «manatın qısa dalğaları» ola bilər, amma bu heç də bazarda uzun müddətli təsirə malik olmayacaq. Bu baxımdan, dollara tələb artmaqda davam edəcək. Bir tərəfdən ilin sonunadək, idxalın artması, özəl və dövlət müəssisələrin borc ödənişləri və bayram səfərləri xarici valyutaya tələbi artıracaq, digər tərəfdən, Mərkəzi Bankın rezervlərinin 4 milyard dollarlıq «psixoloji qapının» ağzında dayanması, neftin qiymətinin proqnozlaşdırıldığı kimi aşağı düşməsi və Neft Fondunun büdcə transferlərinin azalması manata təzyiqi artırır. Belə olan halda, öncədən proqnozlaşdırıldığı kimi Mərkəzi Bankın liberal üzən valyuta rejiminə keçməsi daha da real görsənir. Bütün hallarda isə, «dollar növbəti aylarda da valyuta bazarımızda topu öz meydançasında» asanlıqla saxlaya biləcək».