
“İndi başlayırıq”
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
ABŞ-da əksəriyyət Trampın iqtisadi idarəçiliyindən narazıdır
Yazar: “Ona “dəli” demək istəmirəm, çünki onun həqiqətən dəli olduğunu düşünmürəm”
ABŞ Maliyyə Naziri Skott Bessent tarifələrin ləğvi ilə bağlı xəbərdarlıq edib
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Xaç çəkib, silah götürənlər rus sayılacaq?
İngiltərəni və ABŞ-ı qarışdıran “Epşteynin doğum günü dəftəri”
Trampın Epşteynə yazdığı iddia edilən məktub açıqlandı
Donald Trampın jurnalist Cin Karola təcavüzlə bağlı məhkəmə qərarı təsdiqləndi
Girov razılaşmasını qəbul etməsi üçün ...
Tramp Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu deyib
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Proses hara gedir, Azərbaycan nə istəyir?
ABŞ-da aparılan sorğu Trampın siyasətinin bəyənilmədiyini ortaya çıxarıb
Tramp administrasiyası Massachusetts ştatında yeni miqrant ovuna başlatdı
Sevincdən Putinin gözlərini parıldadan çıxış
ABŞ-da bu günkü prezident seçkiləri kampaniyasında respublikaçı namizəd Donald Trampa qarşı rəqib düşərgənin, habelə beynəlxalq medianın istifadə etdiyi əsas kompromat onun Rusiya prezidenti Vladimir Putinə şəxsi simpatiyası, habelə Rusiya ilə biznes əlaqələri idi. Habelə Tramp özü də seçki kampaniyasının gedişində seçiləcəyi təqdirdə məhz Putinin maraqlarına cavab verən xarici siyasət yürüdəcəyini sübuta yetirmək üçün xeyli səy göstərdi. Məsələn, o bildirdi ki, ABŞ Avropanı qorumağa borclu deyil, yaxud Tramp seçiləcəyi təqdirdə ABŞ-ın başqa ölkələrdə rejimləri dəyişdirmək praktikasına son qoyacağını, dünyada demokratiyanın dəstəklənməsi işini bir kənara atacağını deyib.
Virtualaz.org xəbər verir ki, İspaniyanın «El Pais» qəzeti Trampın seçiləcəyi təqdirdə onun Putinin marionetkasına çevriləcəyi haqda təsəvvür yaratmaq üçün maraqlı taktikaya əl atıb. Qəzet fərz edib ki, Donald Tramp seçkilərdə qalib gəlir və təcili Kremlə, dostu Putinə zəng vurur. Və onların arasında aşağıdakı kimi dialoqun gedəcəyini təxmin edir:
Trampın prezident səlahiyyətlərinin icrasına başlamağa bir gün qalmış şaxtalı yanvar günündə Moskvada, Kremldə Putinin telefonu zəng çalır:
Putin: Donald! Sənin nömrən telefonun ekranına çıxan kimi dərhal tanıdım! İşlər necədir? Bir daha təbrik edirəm!
Tramp: Sağ ol, Vladimir! Cadugər (Hillari Klinton) artıq həbsxanadadır, bir neçə gün sonra onu tonqala atacağıq.
Putin: Doğru edirsən, Donald. O, buna layiq idi, yaramaz qadın. Sənə necə kömək edə bilərəm?
Donald: Vladimir, bunu etiraf etmək mənə asan deyil, ancaq komandamda bir nəfər də olsun adam yoxdur ki, xarici siyasət barədə heç olmasa təsəvvürü olsun. Mənə sənin köməyin lazımdır.
Putin: Əlbətdə kömək edərəm, axı biz dostuq!
Tramp: Sən mənim müşavirim olmağa hazırsan? Mən sənə milli təhlükəsizlik üzrə kölgə müşavir postunu təklif edirəm.
Putin: Problem yoxdur! Məmuniyyətlə sənin təklifini qəbul edirəm, səndən buna görə bir qəpik də almaram! Əlbətdə, sən Moskvada «Tramp Towers» tikə bilərsən və səhmlərinin 50 faizini mənə verərsən.
Tramp: Hesab elə ki, bu problem həll olundu. İndi iş barədə. Əvvəlcə Kuba məsələsi. Mənə deyiblər ki, o «zənci» (Obama) Raul Kastro ilə münasibətləri normallaşdırmağa başlayıb. Proses artıq başlayıb, mənə bunu dayandırmaq lazımdır.
Putin: Asan məsələdir, Donald. Kubanı mənə ver, o təzədən Rusiya müstəmləkəsi olsun.
Tramp: Vladimir, sən doğrudan da bunu mənim üçün etməyə hazırsan?
Putin: Əlbətdə. Məncə sən etiraz etməzsən ki, biz yolüstü Ukraynanı, Polşanı, Latviyanı, Estoniyanı da qaytaraq.
Tramp: Nə danışırsan dostum. Onlar sənindir!
Putin: NATO qarışmayacaq?
Tramp: Sabahdan etibarən, əziz Vladimir, NATO olmayacaq. Bu, mənim seçkiqabağı vədlərimdəm biri idi, yadındadırsa mən bu vədi sənin məsləhətinlə vermişdim. Sekiqabağı vəd demişkən, mənim daha bir çətinliyim var. Meksika ilə sərhəddə 3 min kilometrlik hasar çəkmək məsələsi mənim hesabladığımdan çox bahaymış.
Putin: Mənim təklifim var. Divarı sənin seçilməyindən sonra Meksikaya mühacirət edib siyasi sığınacaq istəyən on milyonlarla amerikalı tikə bilər. Hələlik mən sənə Kennedinin 1962-ci ildə bizə etməyə imkan vermədiyini etməyi təklif edirəm.
Tramp: Hansı Kennedi? Sən Çak Norrisin «Delta dəstəsi» filmində oynayan aktyoru deyirsən?
Putin: Yox, öldürülən ABŞ prezidentini.
Tramp: Hə, nəsə yadıma gəlir. Məni belə qorxutma, Vladimir, lənət şeytana, onsuz da düşmənim çoxdur.
Putin: Narahat olma, Donald. Əgər istəsən o qaradərilinin xüsusi xidmətindən olan mühafizəçiləri işdən azad elə, mən sənə KQB-dən əla komanda ayırararam.
Tramp: Təsəvvür edə bilməzsən ki, sənə necə minnətdaram!
Putin: Bax belə, razılaşdıq. Amma Kuba məsələsinə qayıdaraq sənin beynəlxalq siyasət üzrə müşavirin kimi tövsiyə edirəm ki, Rusiya nüvə raketlərinin adada yerləşdirilməsi məsələsini həll edək. Biz, əlbətdə ki, bu raketləri ABŞ-a deyil, Meksikaya tuşlayacağıq. Və aydın şəkildə Meksika hökumətinə mesaj verəcəyik ki, əgər heç olmasa bir narkotacir və quldur ABŞ sərhədini keçsə Mexiko şəhəri Yer üzündən silinəcək.
Tramp: Mən bilirdim ki, sən bizim adamsan, Vladimir! Əla düşünülüb!
Putin: Suriya məsələsinə gəldikdə isə...
Tramp: Hə, nəsə bu haqda eşitmişəm. Deyəsən onun Rusiya ilə ümumi sərhədləri var, elə deyilmi?
Putin: Dəqiqdir. Gəl belə edək, sən öz qoşunlarını oradan çıxar, bu əhvalatı unut, mənim aviasiyama Hələbi toza çevirməyə və terrorçuların nəzarətində olan ərazilərdəki bütün sakinləri məhv etməsinə imkan yarat.
Tramp: Axı bu mənim İŞİD-lə mübarizəyə dair məxfi planımdır!
Putin: Yaxşı, yaxşı. Biz onları birlikdə məhv edərik. Ancaq sonra sən mənə imkan verərsən ki, Əsədin başçılıq etdiyi oyuncaq hökumətimi orada saxlayım.
Tramp: Əsədlə? Yenə də hansısa pis müsəlman?
Putin: Pis müsəlmandır, ancaq mənimdir, Donald.
Tramp: Razılaşdıq. Onu özünə götür. Sənə hər şeyə görə böyük təşəkkür, Vladimir. Mən səninlə yenə əlaqə saxlayacam.
Putin: Dəyməz, Donald. Kömək etməyə şadam. Tezliklə görüşənədək.
Tramp: Görüşənədək, Vladimir. Fikrimcə sən anlayırsan ki, bu bizim gözəl dostluğumuzun başlanğıcıdır.