ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
16:07 | 13 noyabr 2016 | Bazar
Məqaləyə 1038 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
NATO Baş katibi Yens Stoltenberq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa məktubla müraciət edərək onun hakimiyyəti dövründə NATO-nun dağılmaq riski ilə üzləşəcəyi haqda xəbərdarlıq edib.
Virtualaz.org xəbər verir ki, NATO Baş katibinin məktubu haqda «The Guardian» yazır. Yens Stoltenberq bildirir ki, Donald Trampın seçilməsi nəticəsində ABŞ-ın NATO-dan çıxması, yaxud alyansın zəifləməsi və dağılması riski yaranıb.
«Biz bütöv nəsillər ərzində təhlükəsizliyimiz üçün ən aydın çağırışlar qarşısında qalmışıq. İndi ABŞ-la Avropa arasında tərəfdaşlığı sınağa çəkmək zamanı deyil»-o bildirir.
Baş katib ABŞ-ın ilk dəfə 2001-ci il 11 sentyabr hücumlarından sonra NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsindən istifadə edib. Və bu dəstək simvolik xarakter daşımayıb. NATO Əfqanıstandakı əməliyyatlara on minlərlə əgər göndərib, onlardan mindən çoxu Birləşmiş Ştatlara hücuma cavab olaraq keçirilən əməliyyatlarda həyatını itirib.
Stoltenberqin sözlərinə görə, ABŞ və Avropa soyuq müharibə dövründən bu yana kollektiv müdafiəni gücləndirmək üçün ən irimiqyaslı tədbirlər görməkdədir. Bu, Rusiyanın aqressiv siyasəti və Yaxın Şərqdəki vəziyyətlə bağlıdır. Və ABŞ Avropanın təhlükəsizliyini qorumaq barədə öhdəliklərinə sadiq olaraq şərq sərhədlərində minlərlə əsgər yerləşdirməyə qərar verib.
Bununla belə NATO baş katibi təsdiq edir ki, Avropa ölkələri hərbi xərcləri artırmalı və ABŞ-ın üzərinə düşən yükü azaltmalıdır. Hazıda alyansın müdafiə xərclərinin 70 faizi ABŞ-ın üzərinə düşür.
Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı ABŞ-ın NATO üzrə müttəfiqlərinin hərbi xərclərini artırmayaraq bütün yükü Amerikanın üzərinə qoyduqlarını deyib. «Ya onlar ABŞ-ın Avropanın təhlükəsizliyini təmin etməsinə görə pul ödəməli, o cümlədən bundan əvvəlki dövr üçün ödəmələri həyata keçirməli, ya da rədd olmalıdır. Əgər NATO buna görə dağılacaqsa qoy dağılsın»-Tramp çıxışlarından birində deyib. O, NATO-nu «köhnəlmiş» və «faydasız» təşkilat adlandırıb. İndi Kremldə Trampın NATO-nu dağıtmaq vədini yerinə yetirəcəyini səbrsizliklə gözləyirlər.