
Türkiyənin cənubunda kritik saziş
Suriya və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığa başlayır
Suriya və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığa başlayır
Orta Şərqin təmtəraq nümayişi
Dərinləşən iqtisadi böhran fonunda Tehran yeni monetar islahata hazırlaşır
Dünyanın ən böyük tikinti sahəsində işlər davam edir
Səudiyyə Ərəbistanında ölüm hökmü acınacaqlı həddə
Trampın ən yaxşı dostları bu savaşdan qazanclı çıxıb
Səudiyyə Ərəbistanı icazəsiz zəvvarın həcc ziyarətinə izn vermədi
Səudiyyə Ərəbistanı “alkoqol qadağasının ləğv ediləcəyi” iddialarını rədd edir
Səudiyyə Ərəbistanı alkoqol qadağasını ləğv etdi
İslam dünyasında yeni dövrün memarı – Məhəmməd bin Salman
Trampın Suriya sanksiyalarını ləğvi Ankaraya jest, Tel-Əvivə mesaj idi
Tarixin ən böyük müdafiə müqaviləsi imzalanıb
İcazəsiz gələnlərin ölkəyə girişi 10 il müddətinə qadağan ediləcək
Xameneyi isə Səudiyyə-ABŞ münasibətlərində anlaşmazlığı alovlandırmaq istəyir
“Standard & Poor's” qeyri-neft sektorunun böyüməsini yüksək qiymətləndirib
Putin-Tramp danışığından sonra uçan səhmlər bugünkü görüşdən sonra yerlə bir olub
Səudiyyə Ərəbistanı milli valyuta - riyalın məzənnəsini süni şəkildə dəstəkləməkdən vaz keçə biləcəyini açıqlayıb.
«Report»un «Vestifinance» saytına istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə Səudiyyə Ərəbistanının şahzadəsi milyarder əl-Valid ibn Təlal «Bloomberg» agentliyinə müsahibəsində bildirib. O, buna səbəb kimi ölkəsinin qarşılaşdığı sosial, siyasi və maliyyə sahələrindəki dəyişiklikləri göstərib.
Əl-Validin sözlərinə görə, ən pis halda riyalın dollarla müqayisədə sabit olan cari məzənnəsinin dəyişməsi 2-3 il ərzində baş verə bilər. Qeyd edək ki, bu ölkənin məmurları neft qiymətlərinin düşməsi fonunda gəlirlərin azalması səbəbindən dəfələrlə sabit məzənnə ilə bağlı spekulyasiyalardan qaçmağa çalışıblar. Ölkənin baş bankiri Əhməd ibn Əbdül Kərim əl-Xalifi isə bildirib ki, S.Ərəbistanı sabit məzənnə siyasətinə sadiq qalmaqda davam edəcək.
Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanında iqtisadi artımın 1,3 faiz təşkil edəcəyi gözlənilir və bu, 2008-2009-ci illərin böhranından sonra ən minimal səviyyə sayılır. Bu ölkədə dolların məzənnəsi isə 1980-ci ildən etibarən 3,75 SAR/USD səviyyəsindədir.