
Sərəncamdan üç ay keçdi
Üç milyondan artıq vətəndaşın gözlədiyi artım
Üç milyondan artıq vətəndaşın gözlədiyi artım
Rəsmi təkliflər bu həftə təqdim ediləcək
Birdəfəlik 1200 manat, aylıq 250 manat ödəniləcək şəxslər müəyyənləşdi
Mənzil alanda faizin geri qaytarılması şərtləri necədir?
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
Əli Əsədov fərman imzaladı
Vacib məsələ həll olundu, qaldı – tərcümə, termin, oxucu azlığı və istəksizliyi problemi
ƏDV-dən azad olunan çap məhsulları
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
Ödənişli istifadə qaydaları ilə bağlı yeni qərara sözardı...
Alkoqol və tütün məhsullarının idxalı qanunu dəyişir - 2 dəfə azaldıldı
“Əyalət padşahları” kresloya “əlvida” deyəcək
Köhnələrdən şikayətləri araşdırmağa gedirlər
Milli Məclisin daha bir neçə deputatına yüksək vəzifə verilə bilər
Muxtar Babayevin anası haqda maraqlı faktlar
MDU-nun məzunu, MM-in üzvü, ...
Nazirlər Kabineti «Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nda dəyişiklik edib. Dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb. Bu qərar 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək.
«Azəristiliktəchizat» ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-a bildirib ki, isti suyun dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılması onun qiymətinin yenidən formalaşdırılmasına imkan verəcək».
R.Əliyevin sözlərinə görə, əvəllər 1 kub metr isti su üçün 40 qəpik müəyyən edilmişdi: «May ayında soyuq suyun tarifləri müəyyənləşənə qədər biz soyuq suyu 1 manata alırdıq. May ayında isə «Azərsu» ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik müəyyənləşdi.
Biz soyuq suyun qiymətini və onu qızdırmaq üçün sərf olunan qaz, enerji xərclərini hesablayıb yeni qiymət müəyyənləşdirəcəyik. Yeni qiymət yaxın günlərdə müəyyənləşərək ictimaiyyətə açıqlanacaq.
Yeni qiymət istilik təchizatının fəaliyyətinin sağlamlaşdırılmasına xidmət edəcək ki, idarə zərərlə işləməsin və tədricən gəlir gətirən təşkilata çevrilsin».
Qeyd edək ki, hazırda Azərbaycanda 1 kvadratmetr yaşayış sahəsinin isidilməsinə görə əhali qrupu üçün aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə isə 25 qəpik müəyyənləşdirlib. İsti suyun 1 kub metri isə əhali üçün 4 qəpik, qeyri-əhali üçün 1 manat 50 qəpikdir.