
Hər kəs qatili axtarır
Tramp aktivistin qətlini ABŞ-da qara gün kimi adlandırıb
Tramp aktivistin qətlini ABŞ-da qara gün kimi adlandırıb
Dostu Çarli Kirkin qətlə yetirilməsindən əsəbiləşən Tramp intiqam vəd etdi
Qatı Tramp tərəfdarı Çarli Kirk silahlı hücuma məruz qaldı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
ABŞ-da əksəriyyət Trampın iqtisadi idarəçiliyindən narazıdır
Yazar: “Ona “dəli” demək istəmirəm, çünki onun həqiqətən dəli olduğunu düşünmürəm”
ABŞ Maliyyə Naziri Skott Bessent tarifələrin ləğvi ilə bağlı xəbərdarlıq edib
İngiltərəni və ABŞ-ı qarışdıran “Epşteynin doğum günü dəftəri”
Trampın Epşteynə yazdığı iddia edilən məktub açıqlandı
Donald Trampın jurnalist Cin Karola təcavüzlə bağlı məhkəmə qərarı təsdiqləndi
Girov razılaşmasını qəbul etməsi üçün ...
Tramp Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu deyib
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Proses hara gedir, Azərbaycan nə istəyir?
ABŞ-da aparılan sorğu Trampın siyasətinin bəyənilmədiyini ortaya çıxarıb
Tramp administrasiyası Massachusetts ştatında yeni miqrant ovuna başlatdı
«The Guardian» yazır ki, ABŞ-da Yaşıllar Partiyasının prezidentliyə namizədi Cill Steyn bir neçə həlledici ştatda seçki nəticələrinin təftişi üçün rəsmi müraciət hazırlayır.
Bu məqsədlə Stein internetdə 2, 5 milyon dollarlıq ianə fondunun toplanması kampaniyasına başlayıb. Bu pul ona Miçiqan, Pensilvaniya və Visconsin ştatlarında səslərin yenidən sayılması üçün lazımdır.
Steyn bildirib ki, bu ştatlarda «səsvermə anomaliyalarının» baş verdiyini göstərən inandırıcı dəlillər vardır. Söhbət, əsasən səslərin toplam rəqəmlərindəki əhəmiyyətli uyğunsuzluqlardan gedir.
Yaşılların namizədi bildirib ki, bu məsələ 2016-cı il seçkisinin nəticəsi rəsmən təsdiq edilməzdən əvvəl təhqiq olunmalıdır.
Səslərin təkrar sayılmasını habelə bir neçə alim və fəal qrupları da tələb edirlər. Onlar deyirlər ki, seçki sisteminə xarici hakerlər müdaxilə edə bilərdi.
Narahatlıq keçirən qruplar məğlub olmuş demokrat namizəd Hillari Klintonu da bu kampaniyaya qoşulmağa çağırıblar.
«The Guardian» yazır ki, Donald Tramp Pensilvaniya və Visconsində gözlənilməz və həm də cüzi səs çoxluğu ilə qələbə qazanıb. O hələ seçki nəticələri elan edilməmiş Miçiqan ştatında da qalib gələ bilər.
Bir neçə ştatın qanunları seçki səslərinin yenidən sayılmasına icazə verir. Amma Trampın 0, 7 faiz fərqlə qalib gəldiyi Visconsin ştatında təkrar hesablama üçün qoyulmuş müddət cümə günü başa çatır.
Trampın cəmi 0, 3 faizlə irəlidə olduğu Miçiqan ştatında səslərin təkrar sayılması üçün müddət noyabrın 30-da başa çatır.
«The Guardian» qəzeti bundan əvvəl də yazmışdı ki, alimlərin və fəalların koalisiyası seçki təhlükəsizliyi barədə narahatlıqlarını gələn həftənin əvvəllərində Konqres komitəsinə və federal hakimiyyət orqanlarına rəsmən bildirməyə hazırlaşırlar.
ABŞ seçkiyə yardım komissiyasının müşaviri və elektron səsvermə eksperti doktor Barbara Simons deyib ki, o səslərin yoxlanmasını istərdi.
Xanım Simons deyib ki, seçki sonrası bülleten auditinə ciddi ehtiyac var.
Milli Səsvermə Hüququ İnstitutunun təsisçisi Con Bonifaz və Miçiqan Universiteti kompüter təhlükəsizliyi və cəmiyyət mərkəzinin direktoru, professor Aleks Haldermanın rəhbərlik etdiyi qrup da bülleten auditinin aparılmasını tələb edən ikinci ekspert qrupuna rəhbərlik edirlər.
Çərşənbə günü yazdığı bloqpostda Halderman bildirir ki, Visconsin, Miçiqan və Pensilvaniya ştatlarında bülletenlər və səsvermə cihazları təftiş edilməlidir.
Lakin o əlavə edir ki, əgər rəsmi namizədlər bir neçə gün ərzində tələb etməsələr bu təftişi heç kim həyata keçirməyəcək.
«The Guardian» yazır ki, Klintonun Trampa məğlubiyyətindən az əvvəl ABŞ kəşfiyyat agentlikləri bildirmişdilər ki, ABŞ-da regional seçki kompüterlərinə və demokrat rəsmilərin emaillərinə haker müdaxiləsinin arxasında ruslar dayanır.
Visconsin ştatının seçki nəticələrində müəmmalı görünən budur ki, Donald Tramp burada yalnız elektron səsvermə keçirilən dairələrdə udub, köhnə qaydada kağız bülletenlərlə səs verilən dairələrdə isə uduzub.
Bu da qeyd olunur ki, Visconsində istifadə edilən səsvermə cihazları Kaliforniya da daxil bir çox ştatlarda qadağan olunub. Buna səbəb bu cihazların haker hücumu qarşısında müdafiəsiz olduğunun aşkar edilməsi olub.
Lakin bu fərziyyələri rədd edən ekspertlər də var. Onlar həlledici ştatlarda qeydə alınmış nəticələrin seçkinin ümumi nəticələrinə təsiri barədə iddiaların şişirdilmiş olduğunu bildirirlər.
Buna baxmayaraq kiber təhlükəsizlik, müdafiə və seçki üzrə ixtisaslaşmış onlarca professor Konqres liderlərinə açıq məktub yazaraq seçkiyə xarici müdaxilə barədə xəbərlərdən «dərin narahatlıq» keçirdiklərini bildiriblər.
Məktubda deyilir ki, seçki sisteminə Rusiyanın müdaxiləsinə dair iddia və məlumatlar çox səhih araşdırılmalıdır.
«The Guardian» yazır ki, Steynin bəyanatı indiyədək sakit dayanmış Klinton düşərgəsini də hərəkətə gəlməyə ürəkləndirə bilər.
Clinton-un ən yaxın müşavirlərindən Huma Abedinin bacısı açıq bəyanat verib. Onun sözlərinə görə Miçiqan, Pensilvaniya və Visconsin ştatlarında Trampa sayılmış 55 min səsin ləğv olunması kifayətdir ki, Hillari Klinton qalib elan edilsin.