
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
İran parlamentinin etniklər və dini azlıqların işi üzrə xüsusi köməkçisi Əli Yunisi noyabrın 25-də Əhvazda bir qrup ərəb ictimai-siyasi fəalları ilə görüşərək ölkə parlamentində etniklərin fraksiyalarının yaranmasına və Xuzistan əyalətində yerli ərəblərə qarşı ayrı-seçkiliyə münasibət bildirib.
Əli Yunisi, görüşə qatılanlardan birinin ölkə parlamentində etniklərdən olan deputatların yaratdığı fraksiyalara münasibəti ilə bağlı sualını cavablandıraraq Xuzistan əyalətində yerli ərəblərə qarşı göstərilən ayrı-seçkiliyə toxunub: «Mən ölkə parlamentində müxtəlif etniklərin fraksiyalarının yaranması ilə müxalifəm və bunu bəyənmirəm. Bəziləri elə ilk gündən hökumətin etniklərə ayırdığı diqqəti seçkilərlə əlaqələndirərək, bunun yalnız təbliğat xarakteri daşıdığını cəmiyyətə aşılayamağa və bu yolla hökumətə qarşı təxribat aparmağa çalışırdılar. Əyalətdə işə götürmələrdə yol verilən ayrı-seçkiliyə gəlincə, deyə bilərəm ki, bu ayrı-seçkilik əyalətin üz-üzə qaldığı daxili problemlərinə görədir. Bu, İran İslam Respublikasının siyasəti deyil. Çünki işə götürmə qanunu və onun icrası bütün əyalətlərdə eynidir. Lakin bu qanun Xuzistan əyalətində icra olunanda ayrı-seçkiliklə üz-üzə qalır və bəzi etniklər yalnız öz qohum-əqrəbaları və tanışlarını işə götürürlər. Bu isə yolverilməzdir».
Əli Yunisi, ölkə parlamentində müxtəlif etniklərdən olan deputatların öz fraksiyalarını yaratmasına müxalif olmasının səbəbini şəffaf şəkildə açıqlamayıb.
Xatırladaq ki, oktyabrın 30-da İranda 100-dən çox türk deputatının iştirakı ilə yaranmış Türkdilli Deputatlar Fraksiyasının ilk iclası keçirilib.
Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə yol tapan deputatların ilk iclasında təbrizli deputat, İran parlamenti sədrinin canişini Məsud Pezeşkiyan Türkdilli Deputatlar Fraksiyasının sədri vəzifəsinə, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun canişinləri vəzifəsinə seçilib. İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.
Fraksiyanın fəaliyyətə başlaması və onun funksiyası barədə jurnalistlərə açıqlama verən sözçü Zəhra Sai deyib ki, İran parlamentinin 25 deputatı artıq Türkdilli Deputatlar Fraksiyasının mərkəzi şurasının üzvüdür: «Türklərin yaşadığı bölgələrin probleminin həlli istiqamətində strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, ölkədə müvazinətli inkişafı təmin etmək, eləcə də milli birliyin gücləndirilməsi və inkişafı, fraksiyanın əsas hədəflərindən sayılır».