
BP TANAP-dakı payını satır
Şirkət bərpa olunan enerjiyə vəsait toplayır
Şirkət bərpa olunan enerjiyə vəsait toplayır
Təklənirsiniz, müsyölər!
Azərbaycan qazı Avropanın daha çox ehtiyac olduğu bölgələrinə çıxacaq
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
Əlavə xətt əvvəlki ilə müqayisədə daha ucuz başa gələcək
Mavi yanacaq axtarışında olan qədim qitənin diqqəti Azərbaycana yönəlib
İtaliyada hələ də Azərbaycan qazına qarşı çıxanlar kimlərdir?
Azərbaycan layihəsi Rusiya qazına alternativ olmağı bacaracaqmı?
Cənub Qaz Dəhlizinin 2-ci fazası da bitmək üzrədir
TAP-ın Yunanıstanda hissəsində yarımçıq 15, Albaniyada isə 35 km-lik iş də tamamlanır
TAP-dan xəbər var ...
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirak edib
Böyük Britaniyanın keçmiş baş naziri İtaliyada “ilişən” Azərbaycan qaz borusuna görə danışıqlara başlayır
TAP Albaniyada ən böyük xarici sərmayədir
Azərbaycanın layihəsi ABŞ üçün İrana qarşı mübarizədən vacibdir
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
22.12.16 - Daha bir beynəlxalq bank TAP və TANAP layihəsinə kredit ayırdı...
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.
APA agentliyinin məlumatına görə, AİİB-in vitse-prezidenti Dj Pandian deyib ki, Asiya ilə Avropa arasında enerji infrasturkturunun yenilənməsinə xidmət edən TANAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın, o cümlədən Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək.
Qeyd edək ki, kredit Azərbaycan hökumətinin zəmanəti ilə «Cənub Qaz Dəhlizi» QSC-yə ayrılıb. Bununla AİİB-in cari ildə ayırdığı kreditin ümumi məbləği 1,73 milyard dollara çatıb.
Xatırladaq ki, dekabrın 21-də Dünya Bankı TANAP layihəsinə 800 milyon (400 milyon «Cənub Qaz Dəhlizi» QSC-yə, 400 milyon isə «Botaş» şirkətinə) dollar kredit ayırdığını bildirib. Bununla da, Azərbaycanın təşəbbüsü ilə tikintisi davam etdirilən layihələrə, iki gün ərzində ayrılan kreditlərin həcmi 1.4 milyard dollar təşkil edib.