ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
11:19 | 14 yanvar 2017 | Şənbə
Məqaləyə 1905 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsindən sonra bəşəriyyət üçün ən böyük təhlükədir. «Eurasia Diary» «The İndependent»ə istinadən xəbər verir ki, bunu Donald Tramp administrasiyasında müdafiə naziri postunu tutacaq general Ceyms Matis (James Mattis) Senatda çıxışında deyib.
O, əlavə edib ki, dünya ikinci dünya müharibəsindən bəri çox böyük hücum təhlükəsi altındadır.
General Mattis bildirib ki, Rusiya prezidenti Vladimir Putin Şimali Atlantika alyansını məhv etməyə çalışırdı, buna görə də, ABŞ özünü qorumaq üçün müəyyən addımlar atmalıydı.
Senatda generaldan İranın nüvə silahı ilə bağlı danışıqlar haqda da soruşublar. General cavabında bildirib ki, İranın nüvə silahı məsələsi Yaxın Şərqdə təhlükə törədir və ABŞ-ın bu təhlükənin qarşısını almaq üçün danışıqlarda iştirakı düzgün addımdır.
Ceyms Mattisin bu iki bəyanatı Donald Trampın Rusiya və İranla bağlı fikirləri ilə üst-üstə düşmür.
General Mattis NATO-nu müasir tarixdə ən uğurlu hərbi alyans hesab edib, halbuki, Donald Tramp bu hərbi alayansı tənqid edirdi.
Mattis digər maraqlı məqamlara da toxunub. O, deyib ki, Amerika verdiyi sözün üstündə durub və müttəfiqləri ilə birgə çalışmağa hazırdır.
Senatda generala həmçinin, ABŞ ordusunda xidmət edən qadınlarla bağlı sual da verilib. General suala cavabında qadınların hərbi təlimlərdə iştirak etməsinə qarşı olmadığını deyib.
Xatırladaq ki, ABŞ generalı Ceyms Mattis əvvəlki çıxışlarında qadınların və homoseksualların orduda xidmət etməsinə qarşı olduğunu açıqlamışdı.