İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
16:45 | 23 yanvar 2017 | Bazar ertəsi
Məqaləyə 1518 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər
Məzar daşları dağıdıldı
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Ermənistan Bakı-Tiflis-Qars dəmiryol dəhlizinə qoşulmağa maraq göstərir. Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri Vaan Martirosyan bildirib.
Nazirin sözlərinə görə, Gürcüstan dəmir yollarını Türkiyə dəmir yolları ilə birləşdirəcək Qars-Axalkalaki xəttinin tikilməsindən sonra İrəvan Ermənistan və Türkiyə arasında bu xətlə daşınmaların gerçəkləşməsi üçün danışıqlara başlayacaq.
Xatırladaq ki, Qars-Axalkalki xətti Bakı-Tiflis-Qars dəmir yol dəhlizinin bir hissəsidir. Hazırda həmin xəttin tikintisi gedir.
Gürcüstan və Rusiya hissəsində tikinti işlərinin ləngiməsi, nəticədə Bakı-Tiflis-Qars dəmir yolunun işə salınmasının dəfələrlə təxirə salınması məlumdur. Xəttin tikintisi üçün Azərbaycan dövləti Gürcüstana 1 milyard dollara yaxın güzəştli kredit ayırıb. Bu dəmir yol xətti strateji əhəmiyyət daşıyır, İpək Yolu dəhlizi ilə beynəlxalq yükdaşımaları artırmaqla yanaşı Ermənistanın layihədən kənarda qalması onun təcrid olunmasını daha da möhkəmləndirəcək.
Bəs Qarabağ münaqişəsi həll edilmədiyinə və kommunikasiyalar açılmadığına görə Ermənistan Azərbaycanın əsasən maliyyələşdirdiyi bu nəqliyyat dəhlizinə necə qoşula bilər?
Vaan Martirosyan «Azadlıq» radiosunun erməni xidmətinə açıqlamasında deyib ki, Qars-Axalkalaki xətti ilə Ermənistandan Türkiyəyə və geriyə yük daşımaları ilə məsələn, Gürcüstan dəmiryolu şirkəti məşğul ola bilər.
«Bu istiqamətdə danışıqlar aparılacaq. Nəticələr barədə sizi məlumatlandıracağıq. Ermənistanın başqa dövlətlərlə ticarət dövriyyəsini artmasına yardım göstərə bilən istənilən saziş, razılaşma, əmin olun, müzakirə edilir», – nazir deyib. Rəsmi olaraq Ermənistanın Türkiyə ilə sərhədləri bağlıdır, bu iki ölkə arasında münasibətlər Qarabağ məsələsinə görə mövcud deyil. Lakin belə məlum olur ki, Türkiyə Ermənistanın ən iri ticarət tərəfdaşlarından biridir.
Ermənistanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-noyabr aylarında Türkiyə-Ermənistan arasında ticarət dövriyyəsi 145,4 milyon dollar olub. Bu, 2015-ci ilin eyni dövri ilə müqayisədə 17 faiz çoxdur. Bu göstəricilərə görə, Türkiyə Ermənistanın 7-ci ən iri ticarət tərəfdaşıdır. Çox maraqlıdır ki, erməni-türk ticarəti, az qala, əsrin dördə biri qədər bir müddətdə sərhədlərin bağlı olması fonunda gerçəkləşib. Ankara Qarabağ münaqişəsinə görə 1993-cü ilin aprelində Ermənistanla sərhədi bağlayıb.
Ermənistan hökuməti isə nəqliyyat blokadasından çıxa bilmək üçün İranla da əlaqələri dərinləşdirməyə can atır, belə ki, bu ilin sonunda qonşu ölkə ilə sərhəddə «azad iqtisadi zona» yaratmaq niyyətindədir. İqtisadi inkişaf və investisiya nazirinin müavini Ovanes Əzizyanın sözlərinə görə, azad ticarət zonası İran sərhədinin bir neçə kilometrliyində yerləşən Syunik əyalətinin kiçik şəhəri olan Agarakda yaradılacaq.
«Bu, turizmə şərait yaratmaq və hər hansı gömrük öhdəliyi olmadan adamları mal almağa həvəsləndirmək üçün vacibdir», – Əzizyan müxbirlərə deyib. «Biz həmçinin gözləyirik ki, İran tərəfi azad ticarət zonasında Avrasiya İqtisadi Birliyi və Avropa kimi digər bazarlar üçün məhsul hazırlanmasına maraq göstərəcək», – nazir müavini əlavə edib.
Ovanes Əzizyanın sözlərinə görə, bəzi İran şirkətləri artıq bu zonaya maraq göstərib. Nazir müavini ümid edir ki, bu layihə Ermənistanın İranla ticarət əlaqəsini daha da gücləndirəcək.
Tarix boyu, necə deyərlər, özümə yer elərəm, gör sənə neylərəm prinsipiylə davam edən daşnak siyasəti Azərbaycanın layihəsində özünə yer axtarır.