Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:02 | 9 fevral 2017 | Cümə axşamı
Məqaləyə 1155 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ-da şist nefti hasilatının sürətli bərpa olunması WTI neftinə dair 2018-ci il üçün proqnozlaşdırılan 55 dollarıq qiymət təxmini üçün risk yaradır.
Strateq.az «Marja»ya istinadən bildirir ki, bu barədə dünyanın iri və nüfuzlu investisiya banklarından olan «Goldman Sachs» Bankının analitikləri açıqlama verib.
Bununla bərabər bank qlobal neft bazarının 2017-ci ilin ilk yarısında tələb təklifi üstələyəcəyi ilə bağlı proqnozunundan imtina etməyib. «Goldman»ın analitiklərinə görə, ABŞ-da neft ehtiyatlarının son dövrdəki artımı qlobal neft tələbinin artması ilə əlaqədar olaraq bu ilin mart ayından dayanacaq.
Bankın OPEC-in hasilatı azaltması nəticəsində qlobal neft bazarının bu ilin ilk yarısında tələbin təklifi üstələyəcəyi ilə bağlı fikrini dəyişmədiyini qeyd etməsindən sonra neftin qiyməti yüksəlib.
Digər tərəfdən, Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 13.8 milyon barel ilə tarixinin ikinci ən böyük artımını həyata keçirib. «Goldman» OPEC və digər istehsalçıların hasilatı azaltmaları ilə yanaşı, mart ayından etibarən ABŞ ehtiyatlarındakı artımın dayanacağını, düşməyə başlayacağını və ölkənin xaricdən neft alışlarının zəifləyəcəyini qeyd edib.
Yanvarın 1-dən qüvvəyə minən, OPEC və digər 11 istehsalçı ölkə arasında imzalanan istehsalı azaltmağa dair müqavilədən bəri neft qiymətləri 50 dolların üzərində qalır. Amerikalı istehsalçılar qalxan qiymətlərin üstünlüyündən istifadə etmək üçün istehsalı və qazılan quyuların sayını artıra bilərlər.
«ABŞ neft bazalarında son dövrdə görülən artımlar, ehtiyatlarda mərhələli olaraq azaltması fikrimizi dəyişdirmədi. Çünki dünyanın digər hissəsi tələbin artdığı işarələri göstərir. İndiyə qədər öhdəlik götürülən istehsal azaldılmasına yüksək səviyyədə əməl edilməsi ilə, bazardakı vəziyyət mart ayından etibarən tərsinə dönəcək» – deyə «Goldman» analitikləri bildiriblər.
Qərbi Texas Neft (WTI) Nymex birjasında 16 sent yüksələrək bareli 52.50 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında17 sent yüksələrək bareli 55.29 dollara çıxıb.