vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ENERGETİKA  
Reks Tillerson «Cənub Qaz Dəhlizi» layihəsini dəstəkləyib 22:20 | 1 mart 2017 | Çərşənbə Məqaləyə 983 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Reks Tillerson «Cənub Qaz Dəhlizi» layihəsini dəstəkləyib

«TAP Avropanın enerji mənbələrinin diversifikasiyasına xidmət edir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«ABŞ dövlət katibi Reks Tillerson «Cənub Qaz Dəhlizi» layihəsinə tam dəstək ifadə edir». Bunu dövlət katibinin xüsusi elçisi vəzifəsini icra edən Meri Uorlik Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan konfransında çıxışı zamanı bildirib.

Diplomat qeyd edib ki, ABŞ bundan sonra da adıçəkilən layihəyə dəstək verməkdə qətiyyətlidir. «Bu layihə və onun komponenti olan TAP layihəsi Avropanın enerji mənbələrinin diversifikasiyasına xidmət edir».

ABŞ Dövlət Departamentinin başqa bir xüsusi elçisi Amos Hokstayn isə bildirib ki, rəsmi Vaşinqton «Cənub Qaz Dəhlizi» layihəsinin uğurla reallaşacağına inanır: «ABŞ «Cənub Qaz Dəhlizi» layihəsi vasitəsilə qaz almayacaq, lakin əvvəldən onun reallaşmasını dəstəkləyən ölkələrdən biri olub».