Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:36 | 3 mart 2017 | Cümə
Məqaləyə 1488 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi, vaxtaşırı olaraq Qafqaz mövzusunda təhlillər hazırlayıb yayan «Stratfor» Dağlıq Qarabağ münaqişəsi ətrafında son eskalasiya ilə bağlı analiz dərc edib. Virtualaz.org xəbər verir ki, «Stratfor» münaqişənin sonrakı inkişafının necə inkişaf edəcəyinə dair proqnozlarla çıxış edərək Rusiyanın rolu üzərində dayanır.
Məqalədə deyilir ki, ötən ilki aprel döyüşlərindən sonra Rusiyanın «Lavrov planı» vasitəsilə münaqişənin nizamlanmasına nail olmağa çalışdığı barədə danışılırdı. Belə şayiələr və məlumatlar yayılırdı ki, həmin plan Dağlıq Qarabağ ətrafındakı 7 rayonun 5-nin Azərbaycana qaytarılmasını, Rusiyanın bölgədə sülhməramlı qüvvələr yerləşdirməsini nəzərdə tutur. «Şübhəsiz ki, Azərbaycan Bakının sonda Moskva ilə yaxınlaşmasına gətirib çıxaracaq həmin variantı alqışlayardı, ancaq Ermənistan hökuməti belə plana qarşı idi», - məqalədə deyilir.
«Stratfor» analitiki Yevgeni Çauşovski məqalədə bildirir ki, əgər Rusiyanın doğrudan da belə planı vardısa o, ilk növbədə İrəvanın müqavimətini aradan qaldırmaq barədə düşünməliydi. «Rusiya imkan verə bilər ki, Azərbaycan Ermənistanı güzəştlərə məcbur etmək üçün daha bir hərbi həmlə etsin. Və ya Moskva Ermənistan hökumətinə güclü təsir rıçaqlarını işə salıb İrəvanın mövqeyini dəyişdirə bilər. Lakin buna baxmayaraq Sərkisyan kompromislərə qəti qarşıdır, Ermənistan prezident üsul-idarəçiliyindən parlament üsul-idarəçiliyinə keçir, aprelə seçkilər təyin olunub. Rusiya Ermənistan hökumətinin bir neçə əsas fiquru, o cümlədən xarici işlər və müdafiə nazirləri ilə sıx əlaqələr yaradıb. O cümlədən Qarabağ məsələsində Rusiyanın dediklərinə əməl etməyə meylli olan bəzi müxalifət liderləri ilə», - məqalədə deyilir.
«Stratfor» hər iki variantın riskli olduğunu qeyd edir. Bildirilir ki, əgər Rusiya Ermənistan siyasi elitasını güzəştlərə razı salmağa nail olsa belə erməni ictimaiyyəti belə sövdələşməni qəbul etməz. «Ötən il ərazilərin qaytarılacağı barədə söz-söhbətlərə görə Ermənistanda etiraz aksiyaları oldu, Qarabağ veteranları polis polkunun binasını ələ keçirdi»-mərkəz qeyd edir. Məqalədə deyilir ki, əgər Rusiya İrəvanı güzəştə məcbur etməyə çalışsa onun Ermənistandakı mövqeləri zərbə altında qalacaq.
«Bu baxımdan Azərbaycana daha bir hərbi həmlə üçün imkan yaratmaq daha əlverişli variant kimi görünür, ancaq bu variant da risklidir, çünki hərbi əməliyyatlar nəzarət altından çıxa bilər. Belə də ola bilər ki, Rusiya Ermənistanı sülhə məcbur etməyə çalışdığı haqda Azərbaycanda təəssürat yaratsın, əslində isə bu, görüntü xarakteri daşısın»-məqalədə deyilir.
Müəllifə görə bu variantda Moskva «Lavrov planı» barədə müzakirələr təşkil etməklə Azərbaycanı Rusiya ilə daha sıx münasibətlər yaratmağa inandıra, eyni zamanda Ermənistan hökumətinin mövqelərini zəiflətməkdən yayına bilər. «Ancaq bu da risklidir, status-kvonun qeyri-müəyyən vaxta qədər uzadılması Azərbaycan üçün yolverilməzdir, üstəlik Rusiya özü də bu vəziyyəti heç bir nəticə olmadan istədiyi qədər uzada bilməz. Rusiyanın Qarabağa dair mövqeyində tərəddüdlər müşahidə olunsa da bu münaqişə ona Qafqazda uzunmüddətli maraqlarını qoruyub saxlamaq üçün lazımdır. Moskvanın son məqsədi budur ki, münaqişə vasitəsilə həm Ermənistan, həm Azərbaycan üzərində dominantlığını təmin etsin», - məqalədə deyilir.